
Xəbərlər
13.05.2025, 21:30
ARİF MUSA : Yazığı gəlir... - FOTO
YAZIĞI GƏLİR...
Dünən üşüyürdün, bu gün yanırsan,
Dünən dediyini bu gün danırsan,
Nədəndir, həyatı belə qanırsan?
Yazığın da sənə yazığı gəlir...
Dəyiş əqidəni, izini dəyiş,
Yaman çox üzlüsən, üzünü dəyiş,
Nə qədər gec deyil, özünü dəyiş,
Yazığın da sənə yazığı gəlir...
Məqsədin, niyyətin tələdir, tələ,
Çox ürək qırmısan sən bilə-bilə,
İnanma, bu həyat üzünə gülə,
Yazığın da sənə yazığı gəlir...
Üzdə tərifləyib dil tökən də sən,
Yaltaqlıq yolunu, bil, seçən də sən,
Alçalıb, əyilib, diz çökən də sən,
Yazığın da sənə yazığı gəlir..
Dünən dediyini bu gün danırsan,
Nədəndir, həyatı belə qanırsan?
Yazığın da sənə yazığı gəlir...
Dəyiş əqidəni, izini dəyiş,
Yaman çox üzlüsən, üzünü dəyiş,
Nə qədər gec deyil, özünü dəyiş,
Yazığın da sənə yazığı gəlir...
Məqsədin, niyyətin tələdir, tələ,
Çox ürək qırmısan sən bilə-bilə,
İnanma, bu həyat üzünə gülə,
Yazığın da sənə yazığı gəlir...
Üzdə tərifləyib dil tökən də sən,
Yaltaqlıq yolunu, bil, seçən də sən,
Alçalıb, əyilib, diz çökən də sən,
Yazığın da sənə yazığı gəlir..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










