Mayın 27-də Milli Məclisin sədr müavini Rafael Hüseynov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin sədr müavini ölkələrimizin müstəqilliklərinin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb, dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. Rafael Hüseynov Azərbaycan-Ukrayna münasibətlərinin tarixi kökləri, xalqlarımız arasında dostluq münasibətləri, mədəni, mənəvi bağların əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda parlamentlər səviyyəsində əməkdaşlığından məmnunluq ifadə olunub. Bildirilib ki, həm Azərbaycan, həm də Ukrayna qanunverici orqanlarında qarşılıqlı parlamentlərarası dostluq qrupları uğurla fəaliyyət göstərir.

Səmimi sözlər üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun rəhbəri Volodimir Kreydenko ölkəsinə göstərilən humanitar dəstəyə və Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirib.

Söhbət zamanı mədəniyyət və digər sahələrdə də əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, indiyədək Azərbaycan və Ukrayna arasında imzalanmış çoxsaylı sənədlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə iştirak edən Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Həmçinin Azərbaycan və Ukrayna parlamentlərarası əlaqələr üzrə qarşılıqlı işçi qrupları arasında görüş olub.

Görüşdə Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə parlamentlərimiz arasında əlaqələrin inkişafı, informasiya texnologiyaları, aqrar və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin vacibliyindən danışıb. O, tezliklə Ukrayna xalqının firavan günlərə qovuşacağına inamını ifadə edib.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Asim Mollazadə və Erkin Qədirli Azərbaycan - Ukrayna münasibətlərinə dair fikirlərini bölüşüblər.

Söhbət zamanı Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun rəhbəri Volodimir Kreydenko parlamentlərimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb. O, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar dəstəyə və ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü ifadə edib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.

Görüşdə Milli Məclisin deputatları Kamran Bayramov, Müşfiq Cəfərov, ukraynalı deputatlar, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev və digər rəsmi şəxslər iştirak ediblər.




Son xəbərlər

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Azərbaycan Prezidenti: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031