Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
İyunun 29-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova xalqlarımız arasındakı ortaq dini və mənəvi dəyərlərdən danışıb. O, Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini xatırladaraq, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edib.

Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin və orada imzalanmış sənədlərin iki ölkə arasında strateji əməkdaşlığın inkişafı baxımından əhəmiyyətindən danışıb. Sahibə Qafarova Prezidentin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və parkın açılışını Azərbaycan xalqına sevginin təzahürü kimi qiymətləndirib.

Söhbət zamanı Sahibə Qafarova Özbəkistanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən və ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığından məmnunluğunu bildirib.

İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların özünəməxsus rolunu qeyd edən Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb.

Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək bildirib ki, Azərbaycan bu Zəfər sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz işğaldan azad etdiyi ərazilərində hazırda böyük bərpa və quruculuq işləri aparır. Sədr Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə, Özbəkistana minnətdarlığını bildirərək, bunu dost hədiyyəsi kimi dəyərləndirib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycanla Özbəkistan arasında bir çox sahələrdə münasibətlərin uğurla inkişaf etməsindən danışıb. Azərbaycana dəfələrlə səfər etdiyini deyən qonaq hər səfərdən fərqli təəssürat aldığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafına sevindiklərini diqqətə çatdırıb.

Tənzilə Narbayeva bu gün iştirak etdiyi Azərbaycan-Özbəkistan Qadın sahibkarlarının ikitərəfli biznes forumunun əhəmiyyətindən danışıb, sabah keçiriləcək Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına dəvətə görə təşəkkürünü bildirib.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu qeyd edən Tənzilə Narbayeva parlament komitələri səviyyəsində də münasibətlərin inkişaf etdirilməsi vacibliyini vurğulayıb.

Söhbət zamanı Tənzilə Narbayeva Azərbaycanın işğaldan azad etdiyi əraziləri tezliklə yüksək səviyyədə bərpa edəcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inamını ifadə edib.

Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Zahid Oruc, Rəşad Mahmudov, Cavanşir Paşazadə, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər iştirak ediblər.
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Son xəbərlər

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930