2023-cü ilin 6 fevralında ölkəmizdə baş verən zəlzələdə çətin günlərdə və terrordan azad Türkiyə prosesində hər zaman yanımızda olan Azərbaycanı hər şəraitdə, eyni könül birliyi ilə dəstəkləməyə davam edəcəyik.

“Report”un Ankara bürosu xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən "28 May Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü Proqramı"nda deyib.

Cevdet Yılmaz qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı sarsılmaz qardaşlıq yan-yana dalğalanan bayraqlarımız kimi birlikdə durmağa davam edəcək.

O, Azərbaycanın Müstəqillik Günü kimi şərəfli günün Türk dünyasının ortaq qüruru olduğunu vurğulayıb: “Türkiyə-Azərbaycan arasında sarsılmaz qardaşlıq bağları var və bu davam edəcək”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi istiqamət və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin regionda təsirli və mötəbər mövqe qazandığını bildirən Cevdet Yılmaz deyib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev arasında olan səmimi münasibətlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu və strateji tərəfdaşlığı dərinləşdirib. Onlar əməkdaşlığımızı 2021-ci il iyunun 15-də azad Qarabağın mirvarisi olan Şuşada imzalanan Bəyannamə ilə müttəfiqlik səviyyəsinə çatdırıblar. “İki dövlət, bir millət” anlayışı institusional əməkdaşlıqlarla gündən-günə möhkəmlənir”.

Azərbaycanın Baş naziri Əli Əsədovun həmsədri olduğu Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya vasitəsilə geniş spektrdə fəaliyyət planları həyata keçirdiklərini ifadə edən Cevdet Yılmaz qeyd edib ki, ötən il 11-ci iclas keçirilib: “2024-cü ildə ümumi ticarət həcmimiz təxminən 8 milyard dollara çatdı. İkitərəfli ticarət həcmini 15 milyard dollara çatdırmaq məqsədimizə doğru qərarlı və planlı addımlarla irəliləyirik”.

Son xəbərlər

Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk

21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü

Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib

Milli Kitabxanada Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açılıb

MƏMMƏD QƏDİR : Bax, məni beləcə unut, əzizim - FOTO

İmişlidə zəlzələ oldu

ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi

Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq

Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb

Sosial müavinət alanlar pensiyaya keçə bilər? - Deputatdan AÇIQLAMA

16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış

Başına dəmir parçası dəydi, öldü

20 yaşlı qız çimərlikdə boğuldu

Uzun fasilədən sonra bu rolla qayıdır

Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ

Azərbaycanda cibi yandıran ekzotik dəb - Nə vaxta qədər davam edəcək?

ELMİRA, ALTMIŞIN MÜBARƏK OLSUN - FOTOLAR

İlham Əliyev Donald Trampı təbrik edib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Azərbaycan XİN ABŞ-ni təbrik edib

İranda Əli Xamenei ilə vida mərasimi başlayıb

XALQIN SƏSİNƏ KİM QULAQ ASIR?

Hemilton Britaniya Qran-prisinin sprint təsnifatının qalibi olub

Məmməd Əhmədovun 80 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

Ən böyük balığı tutsalar da, rekordları təsdiqlənmədi

Venesuelada zəlzələ qurbanlarının sayı 2645 nəfərə çatıb

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

ŞƏHLA XƏLİLQIZI : KİMİ - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031