Cənubi Qafqazda baş verən hadisələr regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açır. Xüsusilə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsi fonunda yayılan məlumatlar ciddi ictimai-siyasi rezonans doğurur.

Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin növbəti sammitlərinin Bakı və İrəvanda keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləməsi geniş müzakirələrə səbəb olub.

Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı yaydığı xəbər İrəvandakı revanşist dairələrdə ciddi təşviş yaradıb.

Ermənistan mediası və ekspert dairələrində, eləcə də sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri Azərbaycan Prezidenti İlham Əliyevin də İrəvana səfər edə biləcəyi ilə bağlıdır.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 2026-ci ildəki Zirvə toplantısı Ermənistanda, 2028-ci ildəki sammiti isə Azərbaycanda keçiriləcək.

Bu xəbər yayılandan sonra Ermənistandakı bəzi KİV-lər gələn ilin yazında İrəvana gələcək dövlət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də ola biləcəyini yazıblar.

“Əliyev gələn yazda İrəvana gələcəkmi?”, - deyə Ermənistanın müxalifyönlü “News.am” saytı təlaşla suala cavab axtarmağa çalışıb. Sayt hazırladığı reportajla erməni cəmiyyətində xof yaratmağa çalışıb ki, 44 günlük maharibəni qələbə ilə bitirən, vaxtaşırı “Zəngəzur dəhlizi”, “Qərbi Azərbaycan” məsələlərini gündəmə gətirən Azərbaycan liderinin İrəvana ayaq basmasının arxasında hansısa planlar ola bilər...

Bəzi erməni müxalifət nümayəndələri bir qədər də irəli gedərək, bu ehtimalı İrəvanın “tarixi təslimiyyət”i kimi qiymətləndirib, sosial şəbəkələrdə Paşinyanı “suverenliyi güzəştə getməkdə” ittiham ediblər. Xüsusilə radikal millətçi qruplar bu təşəbbüsün əleyhinə çıxır. Onlar hesab edirlər ki, belə bir səfər yalnız Azərbaycanın şərtləri ilə baş verə bilər və bu da Ermənistanın güzəştə getdiyi anlamına gəlir.

Bəzi erməni revanşistləri narahat edən digər məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək Zirvə toplantısında iştirak edə biləcəyi ehtimalıdır.

Aydındır ki, Qarabağ münaqişəsinin başa çatması və oradakı separatçı rejimin ləğvindən sonra Ermənistan cəmiyyətində dərin psixoloji və siyasi parçalanma müşahidə olunur. Azərbaycan liderinin İrəvanda rəsmi şəkildə qarşılanması, bu dairələr üçün həm psixoloji zərbə, həm də mövcud siyasi xətlə barışmaq məcburiyyəti ola bilər.

Şübhəsiz ki, qalib dövlətin liderini kapitulyasiya aktına imza atmış paytaxtda görmək bəzi dairələr üçün ağır olacaq.

Amma hələ indidən iddia etmək olmaz ki, cənab Əliyev İrəvana gedəcək. Mümkündür ki, rəsmi Bakı bu səfərdən ümumiyyətlə imtina etsin. Çünki bundan əvvəl də İlham Əliyev Avropa Siyasi Birliyinin bir neçə sammitinə getməyib.

Bununla belə, əgər Azərbaycan Prezidentinin İrəvana səfəri baş tutarsa, şübhəsiz ki, bu, əksər beynəlxalq dairələr tərəfindən ancaq alqışlanacaq. Çünki səfər tərəflər arasında inamın formalaşmasına və bölgədəki barış prosesinə müsbət təsir edə bilər.

Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmisinin İrəvana mümkün səfəri Cənubi Qafqaz tarixində yeni bir səhifənin açılması demək olar. Bu, regionda uzunmüddətli sülhə və əməkdaşlığa doğru atılan mühüm addım kimi qiymətləndirilə bilər.

A.Qorxmaz

Son xəbərlər

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930