HEYDƏR ƏLİYEV - 102
Yaşadığı coğrafi ərazidən asılı olmayaraq, xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə ciddi təsir göstərən siyasi liderləridir. Onlar mənsub olduqları xalqın maraqlarını ifadə edərək dünyada uzaqgörən siyasətləri ilə tanınırlar. Belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevdir. Onun məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ölkəmizin bütün sahələrində əldə olunan uğurlar "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut edir. Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirən Müzəffər Lider kimi ümumxalq məhəbbətini qazanmışdır.


Qeyd etmək lazımdır ki, Heydər Əliyev irsinə sadiqlik, Ulu Öndərin ölkəmizin inkişaf istiqamətlərini müəyyənləşdirən siyasi kursunun zənginləşdirilməsi və müasir dövrün çağırışlarının obyektiv qiymətləndirilməsi Azərbaycanın tərəqqisini şərtləndirən mühüm faktorlardır. Yeni tipli siyasətçi və dövlət rəhbəri kimi dünyada diqqət mərkəzində olan Prezident İlham Əliyev inamla xalqımızı Heydər Əliyevin ideyaları ətrafında birləşdirir.

Heydər Əliyevin siyasi kursunu zamanın tələbinə uyğun şəkildə, məharətlə davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət özündə xalqımızın milli maraqlarını layiqincə əks etdirir. Davamlı iqtisadi inkişafa malik olması, sosial, humanitar və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi Azərbaycanın dünya birliyində mövqeyini gücləndirir. Verdiyi bütün vədləri doğruldan, dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail olan cənab Prezident İlham Əliyev öz əməlləri ilə Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, dövlətə və xalqa xidmətin mükəmməl nümunəsini yaradıb. Bu baxımdan qürurla qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 21 illik zaman kəsiyi Azərbaycan tarixinin yüksəliş mərhələsidir. Bu illər ərzində ölkəmiz ən şanlı dövrünü yaşayıb.

Yüksəlişi və inkişafı təmin edən Prezident İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və ərazi bütövlüyü və bütün torpaqlarımız üzərində suverenliyimizin bərqərar edilməsinə nail olub. Diqqəti çəkən siyasi məqamlardan biri də odur ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim edib.

Çingiz DADAŞOV
Azerbaycan Dövlət Pedaqoji Universitetinin
Şamaxı filialı,Baş müəllim

Son xəbərlər

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031