Qazaxıstanın Almatı şəhərində keçirilən yarımarafonda iki iştirakçının həyatını itirməsindən sonra kütləvi idman tədbirlərinin keçirilməsi qaydaları sərtləşdiriləcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin turizm və idman naziri Yerbol Mırzabosınov instaqram səhifəsində məlumat verib.

“Kütləvi idman təhlükəsiz olmalı və yüksək təşkilat standartlarına cavab verməlidir. Turizm və İdman Nazirliyi bu məsələ ilə bağlı konkret təkliflər hazırlayaraq aidiyyəti qurumlara təqdim edəcək”, – deyə o bildirib.

Mırzabosınov iki iştirakçının ölümünü “xüsusi diqqət tələb edən faciəvi hadisə” adlandıraraq qeyd edib ki, baş vermiş insidentlə bağlı hərtərəfli yoxlama aparılır. İştirakçıların sağlamlıq vəziyyəti, yarışın təşkili, tibbi təminat səviyyəsi və təhlükəsizlik qaydalarına əməl olunması təhlil edilir.

“Almaty Half Marathon” yarışında faciə aprelin 20-də baş verib. İştirakçılardan 84 yaşlı Akkoyan Rsaliev və 21 yaşlı Nurbol Əhmədi yarış zamanı vəfat ediblər. Onlar mütəmadi olaraq qaçış yarışlarında iştirak edirmişlər.

Rsalievin halı marafonun ilk kilometrində pisləşib. Təcili tibbi yardım briqadası bir dəqiqə içində hadisə yerinə gəlib, lakin nəbzi olmayıb. Həkim Alibek Xojanazarovun sözlərinə görə, ilkin diaqnoz ağciyər arteriyasının tromboemboliyası olub. Onun xroniki arterial hipertenziyası da var imiş.

Əhmədi isə 16-cı kilometrdə huşunu itirib. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, təcili yardım gələnə qədər vəfat edib. Onun üçün də ilkin diaqnoz ağciyər arteriyasının tromboemboliyası və kəskin ürək çatışmazlığı olub.

Son hadisə Qazaxıstanda bu cür ilk faciə deyil. Belə ki, 2023-cü ildə “Tengri Ultra” marafonunun iştirakçısı Ruslan Joldıbayev Almatı vilayətində finişə bir neçə metr qalmış vəfat edib. Ölüm səbəbi ürək dayanması olub.

2022-ci ildə “Almatı marafonu”nda 47 yaşlı Rüstəm Sadıkov 10 kilometrlik məsafəni qət etdikdən sonra vəfat edib. Həkimlər onun ürəyini işə salsalar da, iki dəqiqə sonra yenidən dayanıb. 2018-ci ildə isə 18 yaşlı Maksim Korolyov vəfat edib, səbəb eyni idi, yəni qəfil ürək dayanması.

Son xəbərlər

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031