Bu dini icmalara pul ayrılıb - RƏQƏMLƏR


Rəsmi statistikaya görə, ölkədə ötən il 2000-dən çox məscid fəaliyyət göstərib. Bununla yanaşı, 16 kilsə, 7 sinaqoq və digər dinlərə aid ibadətgahlar mövcuddur. Rəsmi qeydiyyatdan keçmiş 1003 dini icmanın 957-si İslam dininə aid olsa da, xristian, yəhudi, bəhai və krişna icmaları da hüquqi statusa malikdir.

Hazırda ölkəmizdə 2377 məscid, eləcə də 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Qeydiyyatdan keçmiş dini qurumların sayı ötən il 1003-ə çatıb ki, onların da 957-si İslam, 27-si Xristian, 8-i Yəhudi, 2-si Bəhai, 1-i isə Krişna Şüuru dini icmaları tərəfindən təsis olunub. 2024- cü ildə sadəcə 1 dini icma qeydiyyata alınıb, 6 dini icmanın isə qeydiyyatı ləğv olunub.

Onu da qeyd edək ki, Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat məbləğində vəsait ayrılıb.

Fonda ayrılan vəsait 22- si xristian, 2-si bəhai, 1-i sefarad yəhudiləri, 1-i isə krişna olmaqla dövlət qeydiyyatından keçən 26 qeyri-islam dini icması arasında bölüşdürülüb. Fond tərəfindən 2024-cü il ərzində 1180 din xadiminə (imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı), o cümlədən 10 dini icmanın maarifləndirici və sosial layihələrinə maddi dəstək göstərilib.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930