Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...

Cari ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün 120 mindən çox abituriyent qeydiyyatdan keçib. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Bu il, həmçinin ali təhsil müəssisələrində plan yerlərinin artırılması nəzərdə tutulub.

Plan yerlərinin artırılması, gənclərin ali təhsil müəssisələrinə və kolleclərə yüksək maraq göstərməsi bir çox hallarda müsbət hal hesab edilsə də, özü ilə bərabər bir çox suallar gətirir.

Bu suallardan ən vacibi məzun olan tələbələr üçün əmək bazarında yeni iş yerləridir. Hər il məzun sayı artır, ancaq əmək bazarında onlar üçün iş olub-olmaması sual altındadır.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Elçin Əzimli ilə həmsöhbət olub.

O bildirib ki, ölkədə hər il ali məktəblərdən və texniki-peşə müəssisələrindən minlərlə gənc məzun olur:

“Bu gənclər təhsillərini başa vurduqdan sonra öz bilik və bacarıqlarını iş həyatında tətbiq etmək, karyera qurmaq və cəmiyyətə faydalı olmaq ümidi ilə əmək bazarına daxil olurlar. Onların çoxu təhsil illərində böyük xəyallar qurur, gələcəkdə sabit bir iş, yaxşı qazanc və peşəkar uğur əldə etməyi hədəfləyir. Lakin həyatın reallıqları çox zaman onların arzu və gözləntilərinə uyğun olmur. İş imkanlarının məhdudluğu, rəqabətin yüksəkliyi və bəzən ixtisas seçimindəki uyğunsuzluqlar bu gənclərin planlarını alt-üst edir. Əvvəlki illərdə məzun olub iş tapa bilməyən və ya hələ də iş axtaranları da bu rəqəmin üzərinə əlavə etsək, ortaya böyük bir işsiz və işaxtaran ordusu çıxır.

Mövcud əmək bazarının bu qədər çox sayda iş axtaranı işlə təmin etmək imkanları məhduddur və iş yerlərinin sayı məzunların sayına adekvat artmır. Ölkədə iqtisadi inkişafın tempi bəzi sahələrdə yenə də arzuolunan səviyyədə deyil, bu da yeni iş yerlərinin açılmasını çətinləşdirir. Digər tərəfdən, bəzi məzunların ixtisası əmək bazarının tələblərinə tam cavab vermir və ya onların bacarıqları müasir iş dünyasının gözləntiləri ilə uyğunlaşmır. Məsələn, təhsil müəssisələrində akademik və nəzəri biliklərə çox yer verilsə də, praktiki təcrübə və müasir texnologiyalara uyğunlaşma kimi bacarıqlar tez-tez ikinci planda qalır. Bu uyğunsuzluq gənclərin işə qəbul prosesində çətinliklərlə üzləşməsinə səbəb olur”.

Belə bir vəziyyətdə gənclərin yalnız diplom əldə etməklə kifayətlənməməsi, iş həyatının ehtiyac və gözləntilərinə uyğun əlavə bacarıqlar qazanması, öz peşəkar inkişaflarına investisiya qoyması mühüm əhəmiyyət kəsb edir. Məsələn, yumşaq səriştələrini güclündirmək, xarici dil öyrənmək, rəqəmsal bacarıqlar əldə etmək və ya sahələrinə uyğun sertifikat proqramlarına qoşulmaq kimi addımlar onların rəqabət qabiliyyətini artıra bilər. Çünki müasir dövrdə işəgötürənlər təkcə diplomu deyil, həm də real bacarıqları və uyğunlaşma qabiliyyətini dəyərləndirirlər”.

Əmək bazarında hansı sahələrin məzunlarına tələb çoxdur?

E.Əzimli bildirib ki, bu sualın cavabı ölkənin iqtisadi prioritetlərindən və qlobal tendensiyalardan asılı olaraq dəyişir:

“Son illərdə ölkəmizin aqrar sektorunda ciddi yüksəliş gözə çarpır və müşahidələrim bu sahədə ciddi mütəxəssis ehtiyacının olduğunu göstərir. Xüsusən, aqronom, zootexnik, baytar həkim, bioloq və s. bu sahədə tələb olunan ixtisasların başında gəlir. Aqrar sektorun inkişafı həm iqtisadi diversifikasiya, həm də kənd yerlərində məşğulluğun artması baxımından mühüm olduğundan, bu sahəyə maraq göstərən gənclər üçün geniş perspektivlər açılır.

Bundan əlavə, informasiya texnologiyaları, bank-maliyyə xidmətləri, müxtəlif sahələrdəki mühəndislik peşələrinin də yüksək tələb olunan ixtisaslar siyahısında olduğunu qeyd edə bilərəm. İT sahəsi sürətlə inkişaf edir və proqramçılar, kibertəhlükəsizlik mütəxəssisləri, data analitikləri kimi peşələrə tələb həm yerli, həm də beynəlxalq miqyasda artır. Bank-maliyyə sektoru isə iqtisadi sabitliyin təmin edilməsində əsas rol oynayır və bu sahədə ixtisaslaşmış kadrlara ehtiyac daim yüksəkdir. Mühəndislik isə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə infrastruktur, energetika, tikinti və sənaye kimi inkişaf layihələri ilə birbaşa bağlıdır.

Mənim fikrimcə, gənclər ixtisas seçərkən təkcə şəxsi istək və maraqlarını deyil, həm də əmək bazarının reallıqlarını nəzərə almalıdırlar. Onlar iş imkanlarını artırmaq üçün dəyişən trendləri izləməli, yalnız diplomla kifayətlənmədən öz üzərlərində davamlı çalışmalıdırlar”.

Son xəbərlər

Həsənxan ƏSƏDOV : Dünyandan sən köçüb gedəndən ATA! - FOTO

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031