
Xəbərlər
12.03.2025, 15:14
Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik

Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına cavab göndərib.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz artıq sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik", - A.Mirzoyan qeyd edib.
O vurğulayıb ki, Ermənistanın yanaşmaları Azərbaycanla sülh qurmaq hazırlığına uyğundur.
A.Mirzoyanın sözlərinə görə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay