Dost könlüm gülünü mərdanə üzə,namərd dalda deyər, mərdanə üzə.
Əvvəlindən salan olsaydı əgər başa bizi,
Cəhlimiz salmaz idi bunca dağa, daşa bizi.

(Ə.Vahid)


Fikir veribsinizmi, bu gün təhsildən hamı danışır. Bu da təbiidir. Çünki təhsil təkcə təhsil işçilərinin deyil, bütün xalqın problemidir. Təəssüf doğuran isə odur ki, orada baş verən neqativ hallardan, əsl adı ilə desək, rüşvətxorluqdan hamı adi hal kimi danışır. Küçədə, qonaqlıqda, bir sözlə, hər yerdə dostların, tanışların ilk gileyi təhsillə bağlı olur. Hətta ən yaxın qohumlar hal-əhval tutan kimi “Məktəbin haqq-hesabını çatdıra bilirsənmi?” – deyə soruşurlar. Yəni, heç kimə sirr deyil ki, təhsildə rüşvətxorluq bir bəlaya, xəstəliyə çevrilib. Ən pisi odur ki, bu ağır və keçici xəstəlikdən qurtulmaq arzusu hiss olunmur. Niyə belə vəziyyət yaranıb? Axı bizim təhsilimiz əvvəllər belə olmayıb? Vaxt var idi ki, məktəbə, müəllimə dərin hörmət var idi. Bu acı ruzigar haradan əsdi bizim təhsilimizə? Əgər bu gün bu həqiqətləri görə-görə səsimizi çıxartmasaq, dinməsək, övladlarımızın düzgün tərbiyə almasına biganə qalsaq, bunu bizə gələcək nəsillər bağışlarmı? Mən bir müəllim övladı kimi qeyd edim ki, əvvəllər bizim təhsilimizdə pak və təmiz əqidəli insanlar çox idi, şagirdlərə yüksək səviyyədə bilik verilirdi. Bunun əsas səbəbi o idi ki, o zamanlar rüşvətxorluq yox idi, valideynləri varlı və kasıblara, imkanlı və imkansızlara ayırmırdılar. İndi iş o yerə çatıb ki, Siyavuş Novruzov deyir: kasıb balaları və varlı balaları bir məktəbdə oxumamalıdır. Yoxsa, Siyavuş müəllim qorxur ki, onların da balaları kasıb balaları kimi milli ruhda, xalqa, millətə sədaqət ruhunda böyüyərlər?! Yox, Siyavuş müəllim, milli ruha, qeyrətə yiyələnməyin məktəbi yoxdur. Kasıb balası elə doğulanda qeyrətli, varlı balası isə elə doğulanda “julik” doğulur. Nəisə… Mətləbdən uzaqlaşmayaq. Təhsili bu gündə olan millətin vəkili Siyavuş Novruzov kimi, akademik Ramiz Mehdiyev kimi, təhsil naziri də Emin Əmrullayev kimi olacaqdır.
Dost könlüm gülünü mərdanə üzə,namərd dalda deyər, mərdanə üzə.

Məhz Emin Əmrullayevin yarıtmaz fəaliyyəti sayəsində bu gün nəinki orta məktəb şagirdləri, hətta universitet tələbələri belə Seyid Əzimi, Sabiri, Mirzə Cəlili və digər klassiklərimizi tanımırlar. Dərsliklərimiz bərbad vəziyyətdədir. Əgər günlərin bir günü Elza Seyidcahanın şeirlərinin dərsliklərdə tədrisinə rast gəlsəniz, heç də təəccüblənməyin. Çünki dövlət səviyyəsində bu gün millətin manqurtlaşması siyasəti aparılır.
Dost könlüm gülünü mərdanə üzə,namərd dalda deyər, mərdanə üzə.

Biz deyirik ki, ədəbiyyat – cəmiyyətin düşüncələrinin obrazlı şəkildə ifadəsidir. Elə isə bugünkü ədəbiyyat dərsliklərində hansı düşüncəyə, hansı milli ruha rast gəlirsiniz? Əgər bu gün cəmiyyətin musiqi zövqünü Manaf Ağayev formalaşdırırsa, Zaurla Xoşqədəm cəmiyyətə ailə-məişət mövzusunda öyüd - nəsihət verirsə, belə bir xalqı idarə etmək kiçik bir ailəni idarə etməkdən asandır. Bir milləti yüngül musiqilərə, çalıb-oynamağa öyrətmək, o milləti yox etməyə bərabərdir. 1937-ci il repressiyalarından sonra millətimizə qarşı Sahil Babayevlə Emin Əmrullayev qədər genosid törədən olmayıb. Sahil Babayevin “xidmətləri” sayəsində bu gün əksər kənd məktəbləri şagird çatışmazlığı üzündən bağlanmaq üzrədir. Emin Əmrullayevin “xidmətləri” sayəsində bu gün 5000-ə qədər müəllim işdən çıxarılmışdır və bu proses hələ də davam etməkdədir. Mən bilirəm ki, bunlar böyük şahmat oyununun kiçik “peşka”larıdır. Amma hər halda bunların milli mənsubiyyəti, yeddi arxa dönəni yoxlanılmalıdır. Mən inanıram ki, Siz mənim sözlərimin səmimi olduğuna inanırsınız. Məni düzgün başa düşün. Axı, təhsildəki real vəziyyəti hamı görür. Bəli, hamıya bəllidir ki, məktəb direktorları bu vəzifəyə yalnız rüşvət verdikdən sonra təyin olunurlar və başlayırlar müəllimlərdən, şagirdlərdən pul yığmağa. Axı, hansı ölkədə rüşvətin bu qədər eybəcər formaları var? Hətta heç bir imkanı olmayan ailələrdən zorla pul qoparırlar. Bəzi məktəblərdə isə şagirdlərdən hətta qızıl əşyaları da tələb edirlər. İş o yerə çatıb ki, varlı ailələrin gül balaları özlərini az qala Şah Abbasın nəvələri hesab edirlər. Vay kasıb uşaqlarının halına. Bu zavallılar belə qeyri-sağlam mühitdə necə elm, biliklər kəsb edib tərbiyə, mərifət sahibi olacaqlar? Ən ağırlı hal odur ki, məktəblərdə şagirdlərə dərs keçmək, elm öyrətmək ikinci, üçüncü, bəlkə də onuncu bir məsələyə çevrilib. Əgər şagird fərdi qaydada müəllimə pul ödəmirsə, o, uşağa heç nə öyrətmək istəmir. Valideynlər nəyin bahasına olursa olsun, pul tapmaq zorunda qalırlar. Uşaqlarda isə hələ kiçik yaşlarından pula hərislik yaranır. Uşaq bilik almaq əvəzinə, pul haqqında düşünür. Ona elə gəlir ki, pulun varsa, sən hər şeyə qadirsən. Bu zaman hətta ən yüksək mənəvi dəyərlər – düzlük, ədalət, xeyirxahlıq və başqa fəzilətlər arxa plana keçir. Uşaqları necə qınayasan? Onlardan yalnız pul tələb olunur. Axı, məktəblərdə hər şey pula satılır. Şagird hətta layiq olduğu qiyməti almaq üçün pul verməlidir. Məzunların da dərdi çoxdur. Məktəbi qurtarıb buradan “can qurtarmaq” da bir problemdir. Şəhadətnamənin bir qiyməti, attestatın başqa qiyməti var. Əlbəttə, məktəb direktorları və pedaqoqlar arasında gözəl əxlaqlı, vətənpərvər insanlar da var. Amma çox təəssüflər olsun ki, belə bir iflic olunmuş sistemdə ləyaqətli ziyalılar çirkaba batmış bütöv bir sistemə qarşı mübarizədə acizdirlər. İndi orucluq ayıdır. Heç şübhəm yoxdur ki, millətin qanına susamış bu məmurlar arasında tülkünün həccə getməyi kimi oruc tutanlar da yetərincədir. Və guya ki, bəzən unutqanlıqdan təsadüfən bir tikə yeməklə orucları pozulur. Bəs, bu biçarə millətin varını, yoxunu talayıb yeyəndə orucları pozulmur? Praktika göstərir ki, elə əxlaqlı, vətənpərvər insanlar var ki, bu sistemin təsirindən dönüb qəti rüşvətxor olublar. Amma dünyada hələ heç bir rüşvətxor dönüb əxlaqlı insan ola bilməyib. Axı, quyruq bulayan itin hörməti hürən itin hörmətindən çox olur. Ona görə də quyruq bulayan it həyətdə şellənir, hürən iti isə zəncirləyirlər.
Bu gün təhsilimizin iki adaxlısı var. Nə Məleykə Abbaszadənin və onun komandasının, nə də ki, Emin Əmrullayevin və onun komandasının təhsildən xəbərləri yoxdur. Ona görə də təhsilimiz bu gündədir. Son olaraq hesab edirəm ki, respublikamızın ümumtəhsil məktəblərinin şagirdlərini dövlət hesabına pulsuz dərsliklərlə və məktəbli formaları ilə təmin etmək zəruridir. Məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilməli, uşaqların narkotiklərə və alkoqollu içkilərə qurşanmasının qarşısı təsirli tədbirlərlə alınmalıdır. Bütün bu işləri görmək üçün isə təhsildə rüşvətxorluq hallarının kökü kəsilməli, rəhbərliyə yüksək intellektli insanlar gətirilməli, təhsilin köhnə strukturları dəyişilməli, təhsilimiz milli maraqlara uyğun qurulmalıdır.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşa bizi.


Mehman Mahmudoğlu
AJB-nin üzvü,Qızıl Qələm, Vicdanlı Qələm və Cəsarətli Qələm
media mükafatları laureatı

Son xəbərlər

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930