Arzu Yaqub qızı : Azərbaycan qadını - FOTO

Azərbaycan qadını

O Tomrisdir, Həcərdir,
Cəsarətin özüdür.
Burla Xatun vüqarlı,
Nəğməmizin sözüdür.
Sanki bir möcüzədir,
Həyat eşqidir bizə.
Şanlı tariximizə,
Elə bu günümüzə,
Həkk etdirib adını
Gül ətirli , nəfəsli
Azərbaycan qadını.

Çiyin- çiyinə verib,
Ömür - gün yoldaşıyla,
Suvarıb qayğıları
Yastıqda göz yaşıyla,
Adı tək möhtəşəmdir,
Tikəsini bölüşüb
Əzizi, yurddaşıyla.
Duz - çörəyi bəzəyib
Süfrəsinin dadını,
Anaların anası
Azərbaycan qadını.

Rəssamın fırçasında,
Şairlərin şeirində.
Onun başqa yeri var,
Qəlbimizin dilində.
Şükriyyədir, Hökümə
Neçə qürur adımız.
Yaranışı təkrarsız...
Əsla söndürmək olmaz,
Ürəyinin odunu,
Azərbaycan xanımı,
Azərbaycan qadını.

Yurdun dar günlərində
Yıxılıb əyilməyən.
Namərdlərin əyninə
Biçilib geyilməyən,
Sevgisi saf , əbədi
Bir sədaqət məbədi.
Gözlərində oxşayan
Arzusu , muradını
Gücü dünyaya yetən
Azərbaycan qadını.

Qəhrəman oğulları
Vətəndə vətən edən,
Bayrağın qucaqlayıb
Gözündə ümid bitən,
Öz şəhid balasının
Nisgilində alışan,
Vətən yaşasın deyə,
Torpağına qarışan,
Tükətməz inadını,
İsməti baş tacımız
Azərbaycan qadını.

O anadır, nənədir,
Gözəl qızdır, gəlindir.
Gah qürurludur, mətin,
İsmətlidir, şirindir.
Ayağı dəyən yerdə
Bitər güllər , çiçəklər.
Eh, nələrə qadirdir,
Bu qanadsız mələklər...
Yazdımmı həyatını ?..
Ləyaqətin simvolu,
Azərbaycan qadını,
Azərbaycan qadını!

Arzu Yaqub qızı : Azərbaycan qadını - FOTO

Son xəbərlər

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930