Meksika Konqresində Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş sərgi təşkil edilib
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Meksika Deputatlar Palatasının rəhbərliyinin dəstəyi, Azərbaycanın bu ölkədəki səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə San Lazaro Qanunvericilik Sarayında ölkəmizin görkəmli rəssamı Nazim Məmmədovun Xocalı qurbanlarının əziz xatirəsinə həsr edilmiş rəsm irsini əhatə edən “Xocalı fəryadı” adlı sərgi təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən səfir Məmməd Talıbov öncə sərginin əhəmiyyətini vurğulayaraq, bunun müasir Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olan, günahsız mülki əhaliyə qarşı törədilmiş amansız Xocalı soyqırımının qurbanlarına ehtiramın bir nümunəsi olduğunu və həmin faciənin tarixini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıdığını qeyd edib.

Daha sonra Xocalı soyqırımının acı nəticələri barədə qonaqları məlumatlandıran diplomat səbəbkarların ədalət qarşısına çıxarılmasının, beynəlxalq səviyyədə pislənməsinin, həmçinin törədilən faciəyə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyindən danışıb.

Xocalı soyqırımının unudulmamasının əhəmiyyətini qeyd edən səfir bu gün hər bir azərbaycanlının faciə qurbanlarının xatirəsini yaşatdığını və onların səsini dünyaya çatdırmaq üçün əllərindən gələni əsirgəmədiklərini bildirib. Bu xüsusda, ədalətin bərpa olunması və bu kimi cinayətlərin bir daha təkrarlanmasının qarşısının alınması üçün “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətindən bəhs edilib.

Diplomat, həmçinin bir sıra ölkələrin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən və bu faciəyə ədalətli qiymət verən sənədlərin qəbul edildiyini xüsusi vurğulayıb. O, bu addımın beynəlxalq ədalətin təmin olunmasında və Xocalı qurbanlarının xatirəsinin yaşadılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, bu məsələdə göstərdiyi ədalətli yanaşma və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü bildirib.

M.Talıbov Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının qürurla ucaldıldığını, bununla da xalqımızın faciə qurbanlarını unutmamaq əzminin əbədiləşdirildiyini, bu gün orada dalğalanan üçrəngli bayrağımızın həlak olan insanların qanının yerdə qalmadığının canlı sübutu olduğunu diqqətə çatdırıb.

Səfir, həmçinin uzun illər davam edən işğaldan sonra ölkəmiz tərəfindən məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etmək üçün görülən işlərdən söz açıb. Böyük Qayıdış Proqramı çərçivəsində bu gün Xocalı sakinlərinin öz evlərinə ləyaqətlə qayıtdığını və uzun illər boyu böyük əzablar yaşamış şəhərin yenidən cənnətə çevrildiyini bildirib. O, 1988-1991-ci illər arasında Ermənistandan qovulmuş azərbaycanlıların da bir gün təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inamını ifadə edib.

Meksika Konqresinin üzvü Eden Qarses Medina isə öz növbəsində iştirakçılara mülki əhaliyə qarşı törədilmiş amansız faciə barədə danışaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin daim yaşayacağını və bu il də, hər il olduğu kimi, Azərbaycan xalqının ədalət tələb etmək üçün səsini ucaltdığını qeyd edib. O, bu faciənin unudulmasına icazə verilməməli olduğunu vurğulayıb. E.Q.Medina bu sərgi vasitəsilə Azərbaycana, o cümlədən zorakılıq və ədalətsizlik qurbanı olmuş bütün insanlara həmrəyliyini ifadə edib. Dünya vətəndaşları olaraq, belə faciələrin təkrarlanmasına yol verməmək məsuliyyətinin olduğunu bildirən konqres üzvü sülhün yalnız həqiqət və insan hüquqlarına hörmət əsasında qurula biləcəyini qeyd edib. Sonda isə insanları faciəni unutmamağa və bunun bir daha təkrarlanmasına yol verməməyə çağırıb.

Meksika Konqresinin digər üzvü Ruben İqnasio Moreira sərgidə iştiraka dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək, insan hüquqlarına hörmətin əhəmiyyətindən, bu xüsusda bu kimi faciələrin bir daha yaşanmamasının vacibliyindən söz açıb.

Sonda “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov qonaqları azərbaycanlı rəssam Nazim Məmmədovun Xocalı faciəsinə həsr edilmiş yaradıcılıq irsi barədə məlumatlandırıb.

Qonaqlar tərəfindən maraqla qarşılanmış sərgidə iştirakçılara Xocalı faciəsinin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.

Son xəbərlər

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

Füzuli Şəhəri Günüdür

YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçildi - FOTOLAR

Cəmi 6 gün öncə təyin edilmişdi - Keti vəzifədən gedir?

8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb

16 yaşlı oğlanın gözündən diş çıxdı - Fotolar

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

"Əhmədli" metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu açıldı

Yumurta qan şəkərinə necə təsir edir?

Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Mədəniyyət”ərazi partiya təşkilatında tədbir keçirilmişdir. - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031