Xocalı soyqırımından 33 il keçir
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

“Qafqazinfo”nun məlumatına görə, soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı soyqırımından 33 il keçir

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.

Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

44 günlük Vətən Müharibəsi zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb.
Xocalı soyqırımından 33 il keçir

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı soyqırımından 33 il keçir

2024-cü ilin fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Xocalı rayonu ərazisində də baş tutub.

Xocalı faciəsində iştirak etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda Azərbaycan qanunları ilə sorğulanırlar.

Həmçinin 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarlar icra olunmaqdadır.
Xocalı soyqırımından 33 il keçir

Bu ilin fevralında işğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə də dünyaya gəlib.

Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır.
Xocalı soyqırımından 33 il keçir

25 fevral 2025-ci ildə Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.

Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinə 18,3 milyon manat ayrılıb.

Mədəniyyət, İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Son xəbərlər

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930