24 fevral 2025-ci il tarixdə Şamaxı rayon S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə Xocalı faciəsinin  33 ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
DŞRMİ-nin tabeliyində olan M.Ə.Sabirin Şamaxıdakı Ev–Muzeyinin əməkdaşları tərəfindən Şamaxı rayon S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə 24 fevral 2025-ci il tarixdə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xocalı – faciəsindən doğan intiqam və qazanılan Zəfər” mövzusunda tədbir keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan N.Cabarova XX əsrin sonunda baş vermiş Xoçalı soyqrımından geniş məlumat verərək şagirdlərin nəzərinə çatdırdı ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır ən dəhşətli cinayət hadisəsidir. Bu faciə zamanı Azərbaycanın əzəli və əbədi torpaği olan Xocalı şəhəri yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir götürülmüşdür. Tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib.
24 fevral 2025-ci il tarixdə Şamaxı rayon S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə Xocalı faciəsinin  33 ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Məruzəçi xüsusi olaraq vurğuladı ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə dahi liderimiz Heydər Əliyev tərəfindən verilmişdir.Ulu Öndərin sözü ilə desək “Xocalı soyqırımı bütünlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş,ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır ”. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü” haqqında” qərar qəbul edib və BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
24 fevral 2025-ci il tarixdə Şamaxı rayon S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə Xocalı faciəsinin  33 ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Öz növbəsində muzeyin bələdçisi N.Həsənova şagirdlərin nəzərinə çatdırdı ki, sağalmayan yaramız olan Xocalı soyqırımınin qanı yerdə qalmadı.Ali Baş Komandanımız ilham Əliyevin əmri, "Dəmir yumruq” əməliyyatı və Qəhrəman Ordumuzun şücaəti ilə düşmən darmadağın edildi və doğma Qarabağımız əsarətdən xilas olundu.2020-ci il sentyabrın 27-də başlanan 44 günlük , qurbanlarının intiqamı uğrunda başladığımız müqəddəs Vətən müharibəsi, müzəffər ordumuzun tarixi qələbəsi ilə öz həllini tapdı və bu gün, tarixə qızıl hərflərlə yazıldı.
24 fevral 2025-ci il tarixdə Şamaxı rayon S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə Xocalı faciəsinin  33 ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Şamaxı rayon S.M.Qənizadə adına 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən Xocalı faciəsinə və qələbəyə həsr edilmiş şeirlər səsləndirildi və tərəfimizdən təşkil olunan ,”Xocalı faciəsi”ni özündə əks etdirən sərgiyə baxış keçirildi.
Məqsəd:
Gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə vətəni, torpağı sevdirmək ,tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni və vətən uğrunda şəhid olan oğul-qızlarımızı hər zaman xatırlamaq və heç zaman unutdurmamaqdır.
Şərait yaratdığı üçün məktəbin rəhbərliyinə təşəkkür edirik.


Naylə Cabbarova

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031