Almaniyanın kansleri postuna namizəd KİMDİR...

Ötən Almaniyada keçirilən erkən parlament seçkilərinin ilkin nəticələrinə görə, mühafizəkar Xristian Birlik partiyaları (CDU/CSU) qalib gəlib.

Xristian Demokrat Birlik (CDU) partiyasının lideri Fridrix Mers yeni hökuməti sürətlə qurmaq istədiyini bildirib.

Mers Almaniya siyasətinə yad bir sima deyil. O, siyasi karyerası boyunca daim mühafizəkar mövqeyi ilə seçilib. Xüsusilə miqrasiya qanunlarını sərtləşdirmək üçün parlamentdə radikal sağ qüvvələrlə əməkdaşlığa getməsi diqqət çəkən addımlardan biri olub. Bu isə keçmiş kansler Angela Merkelin mərkəzçi siyasətindən uzaqlaşma kimi qiymətləndirilir.

Mersin siyasi karyerası uzun müddətli fasilələrlə doludur. 2009-cu ildə Merkelə məğlub olduqdan sonra siyasəti tərk edərək özəl sektora keçib. Lakin 69 yaşında siyasətə qayıdaraq kansler olmaq üçün mübarizəyə başlayıb.

Seçkilərə bir ay qalmış, Berlinin lüks otellərindən birində təşkil edilən toplantıda xarici siyasət mövqeyini açıqlayıb. O, biznes dünyasından gəldiyi üçün siyasətə daha praqmatik yanaşır.

Hündürboy və gur səsə malik olan Mers gənclik illərində siyasətə maraq göstərmiş, 25 yaşında CDU-ya qoşulmuşdu. 1989-cu ildə Avropa Parlamentinə üzv seçilmiş, daha sonra isə Almaniya parlamentində fəaliyyətini davam etdirmişdi. Mersi tanıyanlar onu prinsipial, cəsarətli və qətiyyətli siyasətçi kimi təsvir edirlər.

Lakin Mersin siyasi irsi birmənalı qarşılanmır. Keçmişdə evlilik daxilində zorakılığı cinayət hesab edən qanun layihəsinə qarşı çıxması, habelə bəzi mübahisəli açıqlamaları onun xüsusilə gənclər və qadın seçicilər arasında populyarlığını aşağı salıb.

Hazırda Mersin əsas məqsədi koalisiya hökumətini qurmaqdır. Onun radikal sağçı AfD partiyası ilə əməkdaşlığa gedib-getməyəcəyi siyasi dairələrdə müzakirə olunur. Özü bu iddiaları rədd etsə də, bəzi siyasi müşahidəçilər onun seçki uğuru üçün bu cür risklərə gedə biləcəyini düşünür.

Almaniya və Avropa İttifaqı Mersin hakimiyyətə gəlişini diqqətlə izləyir. Brüsseldəki siyasi dairələr onun siyasətinə ehtiyatla yanaşır. Lakin Almaniyanın mövcud siyasi böhrandan çıxması və iqtisadiyyatını gücləndirməsi üçün dəqiq strategiyalara ehtiyacı var.

Son xəbərlər

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

"Əhmədli" metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu açıldı

Yumurta qan şəkərinə necə təsir edir?

Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Mədəniyyət”ərazi partiya təşkilatında tədbir keçirilmişdir. - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031