ABB-nin tərəfdaşlığı ilə “İlin İş Adamı” seçildi
Azərbaycanda artıq altıncı ildir keçirilən “EY İlin İş Adamı” müsabiqəsi başa çatıb. Fevralın 20-də “JW Marriott Absheron” hotelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi “Princeps Legem” şirkətinin rəhbəri Gülbəniz Məmmədova olub.

O, Azərbaycanı dünya üzrə “EY İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 12 iştirakçı arasından seçilib.

Bundan başqa, “Spektr Group” şirkətinin rəhbəri Kamran Salayev “Sənaye lideri”, “Upsystems” şirkətinin rəhbəri Bəhruz Rüstəmov “İnnovasiya”, “Regional” hospitalın rəhbəri Elçin Əliyev “Regional inkişaf”, “SDA Consulting” şirkətinin rəhbəri Səbinə Qazizadə “Qadın sahibkarlığında mükəmməllik” nominasiyası üzrə qalib olub.

ABB-nin İdarə heyəti sədrinin müavini Taleh Tahirli müsabiqənin qala gecəsindəki çıxışında bankın artıq altıncı ildir ki, bu müsabiqəyə dəstək verdiyini xatırladıb: “Biznes mühiti hər keçən gün dəyişir, texnologiyalar sahibkarlığın yeni inkişaf mərhələsinə keçidini sürətləndirir. ABB olaraq, sahibkarlarımızın bu yeni dövrdə daha güclü və rəqabətədavamlı olması üçün hər zaman onların yanındayıq. ABB-nin yeni ABB Biz tətbiqi, rəqəmsal maliyyə həlləri və süni intellekt əsaslı xidmətlər sahibkarların daha sürətli qərarlar verməsinə, maliyyə axınlarını daha effektiv idarə etməsinə imkan yaradır”.

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB ilə yanaşı, bp şirkəti də müsabiqəyə sponsorluq dəstəyi göstərir. Proqramın partnyorları sırasında “Ekvita” konsaltinq şirkəti, AZPROMO (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, “TimesConsulting” də var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli “Məlumat mərkəzi”ndən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Son xəbərlər

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031