Bakıda Küveytin Milli Günü qeyd olunub
Fevralın 20-də Bakıda Küveytin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Küveytin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi deyib: "Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur”.

Onun sözlərinə görə, son vaxtlar Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb: “Belə ki, 2024-cü il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı əvvəlki illərə nisbətən daha da artaraq 31 min 400 nəfərə yaxın olub. Əlavə etmək istərdim ki, hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir”.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. O bildirib ki, 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr daim inkişaf edib və bu gün də möhkəmlənməkdədir.

"Azərbaycan və Küveyt arasında əməkdaşIıq əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq aparılır", - deyə nazir müavini əlavə edib.

Tədbir ziyafətlə davam edib.
Bakıda Küveytin Milli Günü qeyd olunub
Bakıda Küveytin Milli Günü qeyd olunub
Bakıda Küveytin Milli Günü qeyd olunub
Bakıda Küveytin Milli Günü qeyd olunub
Bakıda Küveytin Milli Günü qeyd olunub

Son xəbərlər

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031