Xəbərlər
5.02.2025, 22:04
PÜSTƏ RƏVAN : GÖZLƏDİM - FOTO
GÖZLƏDİM
Yenə sənsiz keçən doğum günümdür,
Hədiyyəm ayrılıq, dolan qəlbimdir.
Bu gün çox gözlədim bircə zəngini,
Mənə doğma olan o xoş səsini.
Yenədə gizlicə doldum, boşaldım,
Səninlə yaşanan günləri andım.
Təbrik əvəzinə, gül əvəzinə,
Mən göz yaşlarımı hədiyyə aldım.
Bu gün sən gəlmədin, doğum günümdə,
Eşidib gələrsən, öldüyüm gündə.
Mənə vermədiyin o çiçəkləri,
Gətirib düzərsən məzarım üstə.
Hədiyyəm ayrılıq, dolan qəlbimdir.
Bu gün çox gözlədim bircə zəngini,
Mənə doğma olan o xoş səsini.
Yenədə gizlicə doldum, boşaldım,
Səninlə yaşanan günləri andım.
Təbrik əvəzinə, gül əvəzinə,
Mən göz yaşlarımı hədiyyə aldım.
Bu gün sən gəlmədin, doğum günümdə,
Eşidib gələrsən, öldüyüm gündə.
Mənə vermədiyin o çiçəkləri,
Gətirib düzərsən məzarım üstə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











