İNTEQRATİV TİBBİN ƏSAS MAHİYYƏTİ VƏ ÜSTÜNLÜKLƏRİ
MUSA QƏNİYEV,
TİBB ELMLƏR DOKTORU, PROFESSOR

Son illər tək Bizim ölkəmizdə deyil, hətta dünyanın ən çox inkişaf etmiş Avropa ölkələrində belə, tibbin ən çox təbliğ və inkişafda olan sahələrindən biri inteqrativ təbabətdir.Tibbin bu sahəsinə bəzi ixtisaslı həkim və akademik tibb heyətinin ümumilikdə mənfi münasibətinin başlıca səbəbi, məhdud sahə üzrə qeyri-düzgün və mücərrəd təsəvvür səbəbindən, onun xalq təbabətilə eyniləşdirilməsidir.
Odur ki, inteqrativ tibbin üstünlük və reallığının bəzi mahiyyətlərini geniş oxucu kütləsinə paylaşmağı zəruri bildim:
Hər hansı bir xəstəlik, orqanizmdə fizioloji proseslərin normal gedişinin pozulmasına səbəb olan amilin təsirinin nəticəsi kimi meydana çıxır. Bu halın korreksiyası təkcə müvafiq dərman maddələrinin təyinat prinsipilə deyil, aparılan dərman tera­piyasının xüsusiy­yəti, xüsusən tibbi yanaşmanın düzgün seçimindən bilavasitə asılıdır.

Ənənəvi tibbdə patoloji prosesin etioloji səbəb və klinik simptomlarına əsaslanan profilaktik, etiotrop, palyatif, və əvəzedici dərman terapiyasından istifadə olunur. Başqa sözlə, ənənəvi tibb xəstəliyin etiopatogenetik səbəb və klinik simptomlarına əsaslanan farmakoterapevtik yanaşmadır.
Bu halda, alınma mənbəsindən (nəbatat, heyvanat, sintetik və s.) asılı olmayaraq dərman maddəsindən istifadə, orqanizmdə fizioloji sistemlərin pozulmuş fəaliyyətinin bərpası və baş vermiş patoloji proseslərin aradan qaldırılması məqsədi daşıyır.
İNTEQRATİV TİBBİN ƏSAS MAHİYYƏTİ VƏ ÜSTÜNLÜKLƏRİ

Əslində isə, son dərəcə incə və mürəkkəb özünütənzim və bərpa mexanizmlərinə malik olan insan orqanizmində istənilən xəstəlik və patoloji proseslərin korreksiyası, eləcə də aradan qaldırılmasının həlledici şərti, orqanizmdə müdafiə və bələdləşmə kimi kompleks özünütənzim mexanizmlərin stimulyasiyası və bunun təminatının həlledici şərti olan sanogenetik terapiyadır.
Başqa sözlə, ən ağır xəstəliyi belə sağaldan, insan orqanizmində təbiətin ona bəxşişi olan endogen xəstəlikəleyhinə mexanizmlərin patoloji fəallıq fonunda aktivləşməsidir. İstənilən dərman maddəsi isə, yalnız bu mexanizmə yardımçı olan ekzogen meyardır.
İnteqrativ tibb müalicədə məhz bu fokuslanmaya istinad edir. Başqa sözlə desək, insanın tamlıq vəhdətinə (fiziki, emosional və mənəvi sağlamlıq) istinad edildiyindən, burada ənənəvi və alternativ, yəni paratibbi təbabət vəhdəd halında götürülür. Yəni, ekzogen dərman maddələrinin müalicəvi təsiri, paralel olaraq alternativ müalicə üsullarından (iynəbatırma, canlı toxuma il müalicə, homeopatiya və s.) istifadə etməklə, xəstəlikəleyhinə endogen mexanizmlərin stimulyasiyası (sanogenerik terapiya), fonunda aparılır.
İNTEQRATİV TİBBİN ƏSAS MAHİYYƏTİ VƏ ÜSTÜNLÜKLƏRİ

Odur ki, inteqrativ tibbdə müalicənin əsas prinsipi və ənənəvi tibbdən üstünlüyü əsas şərti aşağıdakı meyarlardır:
1. Xəstəliyə yanaşmanın dürüstlük şərti. Yəni ayrı-ayrı klinik simptomların deyil, orqanizmin bütövlük, tam və vəhdəd halında müalicəsi.
2. Müalicəyə kompleks şəkildə yanaşma. Bu hal təkcə orqanik pozğunluq və fiziki çatışmazlıq halının deyil, emosional problemlərin də aradan qaldırılmasında, endogen mexanizmlərin modulyasiyası həlledici şərt kimi dəyərləndirir.
3. Pozitivə yüklənmə orqanizmdə xəstəlikəleyhinə sistemlərin stimulyativ fəallığının həlledici şərti olduğundan, müalicənin gedişində xəstənin aktiv fəallığının təmin edilməsi.
4. Sanogenetik mexanizmlərin aktivləşməsinin nəticəsi olaraq, məlum preparatların istifadə dozasının azaldılması və bunun nəticəsi olaraq əlavə və arzuolunmaz effektlərin minimuma endirilməsi.

Qeyd etmək lazımdır ki, inteqrativ təbabət tibbin yeni, əslində XXI əsrin təbabətidir. Odur ki, inteqrativ tibbdə aparılacaq müalicənin həlledici şərti, müalicəyə cəlb olunan xəstələrə bu tibbi yanaşmanın üstünlük, təhlükəsizlik və effektivliyi haqqında əsil elmi həqiqətlərin verilməsi və geniş əhali kütləsinin düzgün maarifləndirilməsidir.

Son xəbərlər

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930