Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Yanvarın 6-dan 7-nə keçən gecə pravoslav xristianlar Milad bayramını qeyd edirlər. Yeni dövrün başlanğıcını qoyan İsa peyğəmbərin mövludu gününü bütün dünyada olduğu kimi, Azərbaycanda da xristian icması tərəfindən hər il qeyd olunur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, pravoslav xristianlar böyükdən-kiçiyə, dini bayramlarında kilsəyə gəlir, dua edir, şam yandırırlar. Onlar noyabrın 28-dən yanvarın 6-na kimi oruc tutaraq buna 40 gün hazırlaşırlar. Kilsələrdə zənglər çalınır, dualar oxunur, Vifleyemdən gətirilmiş odla şamlar yandırılır.

Milad möminlər üçün ən böyük bayramlardan biridir. Onlar Xilaskar İsanın mövludu gününü öz dinlərinin yarandığı gün hesab edirlər.

Azərbaycanda xristianlığın çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazda ilk xristian kilsələri məhz bizim ölkədə yaranıb. Əsrlər boyu dünya dinləri torpağımızda dinc yanaşı yaşamış, insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz tarixi rol oynamışdır. Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik və ya dini dözümsüzlük halları olmayıb.
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR

Unikal geosiyasi məkanda yerləşən Azərbaycanın tarixi və mədəniyyətində bütün dünya dinlərinin yüksək mənəvi dəyərləri əks olunub.
Tarixən formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl ənənəyə çevrilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində bu ənənə daha da inkişaf etməyə və zənginləşməyə başladı.
Ölkəmizin rəhbərliyi Azərbaycanda sülhün, əmin-amanlığın, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində səylərini davam etdirir.
Qeyd edək ki, nümayəndələri ölkəmizin tamhüquqlu vətəndaşları olan pravoslav xristian icması öz dil və mədəniyyətini, inancını qoruyub saxlayaraq, öz milli və dini bayramlarını azad şəkildə qeyd edir, Azərbaycanda böyük quruculuq işlərində, dövlət müstəqilliyinin möhkəmləndirilməsində öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlət başçısı müraciətində qeyd edib: “Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.
Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.
Azərbaycanın paytaxtında Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında Milad bayramı mərasimi başlamazdan əvvəl kilsənin baş keşişi, Bakı və Azərbaycan yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) jurnalistlərə müsahibəsində deyib: “Xristianları və bütün Azərbaycan vətəndaşlarını Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İsanın mövludu günü bütün bəşəriyyətin həyatında yeni bir mərhələdir, çünki bütün qədim peyğəmbərliklərdə insanın Allahla barışmasının məhz burada və indi baş verəcəyi deyilir. İsa Peyğəmbər bu dünyaya bir vaxtlar Ədən bağında günah işlətmiş, ilkin günah işlətmiş və indi bütün əməllərində və səylərində bağışlanma və Allahın köməyini alan bəşəriyyəti yenidən birləşdirmək üçün gəldi”.
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR

Rus Pravoslav Kilsəsinin nümayəndəsi bu gün Azərbaycan torpağında ilk dəfə Milad bayramını böyük sevinclə qeyd etdiyini vurğuladı:
“Azərbaycan torpağı, Azərbaycan xalqı - bu, mənim buradakı xidmətimi həsr etdiyim meyarlardır. Ümid edirəm ki, Milad bayramı və Uca Tanrı bu sevincli gündə Azərbaycana, bu bərəkətli torpaqda yaşayan hər bir insana bolluq və əmin-amanlıq bəxş edəcək. Biz, pravoslav xristianlar, Azərbaycanın bütün sakinlərinin bizim rus ənənələrimizə necə mehriban münasibət bəslədiyini görürük. Biz də öz növbəmizdə bizi tam olaraq tək bir xalqa çevirən multikulturalizm və tolerantlıq təşəbbüslərini dəstəkləyirik”, - deyə Arximandrit Aleksi fikrini yekunlaşdırıb.

Milad gecəsi Arximandrit Aleksi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsində ilahi liturgiya keçirib.

Kafedral ruhaniləri də mərasimdə iştirak ediblər.
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR
Bakıda Milad bayramı qeyd olunur - FOTOLAR

Son xəbərlər

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Qədim Məhəmmədov vəfat edib

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031