Azərbaycan ədəbiyyatında böyük sənətkarlar arasında görkəmli satira ustası Cəlil Məmmədquluzadə bu baxımdan mühüm yer tutur.

Azərbaycan yazıçısı,dramaturqu, jurnalisti,ictimai xadimi; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmiş Cəlil Məmmədquluzadə 4 yanvar 1932 -ci ildə vəfat etmişdir.
Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik janrın əsasını qoyub. 7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan bu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. O zamanlar Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur olub. Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkən rəssam O.Şmerlinq, Ə.Əzimzadə və başqaları ilə Cəlil Məmmədquluzadə arasında möhkən ideya-yaradıcılıq əlaqələri yaranıb. Jurnalda təbliğ olunan demokratiya və azadlıq ideyaları nəşrə ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat məktəbi yaradıblar. Jurnalın, Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüclü təsir edib.
Cəlil Məmmədquluzadə novator yazıçı olub. Onun novatorluğu həm əsərlərindəki ideya-məzmun, problematika sahəsində, həm də onların bədii həllində özünü göstərir. O, ədəbiyyata yeni mövzu, yeni problemlər gətirdiyi kimi, onlara uyğun olaraq yeni bədii forma, dil və üslub da gətirib. Ədibin yaradıcılığı gözəl bir ədəbi məktəb, misildiz sənət qaynağıdır. Həqiqi sənət milli mədəniyyətin çoxəsirlik inkişafında özgün rol oynayır. Çünki bu inkişafın müəyyən mərhələsinin ən incə və xarakterik cəhətləri o sənət nümunəsində öz əksini tapır. Ona görə də bədii və sənət əsərinin mahiyyəti tək dünən, bu günlə deyil, keçmişlə, gələcəklə şərtlənir. Azərbaycan ədəbiyyatında böyük sənətkarlar arasında görkəmli satira ustası Cəlil Məmmədquluzadə bu baxımdan mühüm yer tutur.
Hörmət və ehtiramla anırıq!

Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev muzeyi

Son xəbərlər

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

ALTI İLİN SƏSSİZ ŞAHİDİ — MƏNİM JURNALİSTİKA YOLUM

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

İmişlidə zəlzələ oldu

"Çirkin" bu tarixdə başlayır

Bir ömür boyu uzanan yardım əli — Firuzə xanım

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib - FOTOLAR

Azərbaycanlı həkimin uğuru - FOTOLAR

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu

Əli Nağıyev Qazaxıstana səfər edib

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

IFRC ilə görüş - FOTO

Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930