Milli Qəhrəmanın bacısı: Polad Həşimovun şəhadəti xalqımızın öz torpaqlarını azad etməsi üçün bir qığılcım oldu
“Bu gün xalqımız Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun 50 illik yubileyini qeyd etdi. Müxtəlif yaşda olan ziyarətçilər öz generalına ehtiramını göstərdi. Allahdan oğlum Polad Həşimov başda olmaqla cəmi şəhidlərimizə rəhmət diləyirəm. Uca Yaradan xalqımızı, Ordumuzu qorusun”.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova deyib.
Milli Qəhrəmanın bacısı: Polad Həşimovun şəhadəti xalqımızın öz torpaqlarını azad etməsi üçün bir qığılcım oldu
Səmayə Həşimova

"Polad Həşimov sadəcə bizim qardaşımız idi. Şəhid olduqdan sonra hər kəsin qardaşı, hər kəsin oğlu oldu" deyən general-mayorun bacısı Kəmalə Həşimova isə fikirlərinə belə davam edib: "Polad həm çox mərhəmətli, həm də mərd və qorxmaz idi. O, bu həyatda cəmi 45 il yaşadı. Amma qısa ömrünə elə şeylər sığdırdı ki... Polad Həşimovun şəhadəti xalqımızın ayağa qalxıb öz torpaqlarını azad etməsi üçün bir qığılcım oldu. Demək ki, o öz ömrünü ən mənalı şəkildə yaşadı, ən gözəl şəkildə də başa vurdu. Hər kəs qəhrəman ola bilmir. O, Vətənini hər şeydən çox sevdi və bütün həyatını Vətəninə qurban verdi. Polad yaxşı ki, mənim qardaşımdır və mən yaxşı ki, onun bacısıyam. O, öz əxlaqı, mərdliyi, igidliyi ilə bir simvola çevrildi".
Milli Qəhrəmanın bacısı: Polad Həşimovun şəhadəti xalqımızın öz torpaqlarını azad etməsi üçün bir qığılcım oldu
Ofeliya Salmanova

Şəhidin həyat yoldaşı Ofeliya Salmanova Polad Həşimovun öz şəhadəti ilə Azərbaycan tarixində çox önəmli, yeni səhifə açdığını vurğulayıb: "Onun şəhadəti Azərbaycan xalqının Zəfərə gedən yolunun başlanğıcı oldu. Biz Milli Qəhrəmanımızla qürur duyuruq. Mən bilirəm ki, Azərbaycan xalqı onun xatirəsini daim qəlbində yaşadacaq. Tək belə önəmli günlərdə yox, hər zaman Polad Həşimov Azərbaycan xalqının yaddaşında qalacaq. Onun Azərbaycan Ordusunda göstərdiyi əvəzsiz xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Həm generalımıza, həm də ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanlara böyük ehtiramla sədaqətimizi bildirir və onların ruhları qarşısında baş əyirik".

Son xəbərlər

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031