GÜLLƏLƏNMİŞ   ARZULAR... - FOTO

Bir payız səhəri idi. Nizami yuxudan durub, işə getmək üçün həyətə çıxıb havaya baxdı. Göy üzü buludlu olsada, arada topa bulud arxasından çıxan günəş, öz zəif şəfəqləri ilə adamın canına bir istilik gətirirdi. Nizami dərindən nəfəs alıb, əl-üzün yumaq üçün həyətin sol küncündə qoyulmuş əl-üz yuyulan tərəfə getdi. Nədən idisə, hər dəfə əl-üzünü yuyanda, həmin gün üçün görəcəyi işlər onun yaddaşını ələk-vələk edərdi. Bu gündə belə oldu. Amma, bu gün üçün planlaşdırdığı işləri fikirləşərkən qəlbinə qəribə bir istilik doldu. Yadına, artıq evə gəlməyə hazırlaşan, hərbi xidmətini başa vuran oğlu Əzizağa düşdü. Axşam şəxsən özü Əzizağa ilə bir xeyli danışıb, kef-halın soruşub vəziyyəti öyrənmişdi. Həmdə söhbət əsnasında bilmişdi ki, uşaq uzağı bir həftəyə evdədir. Bu fikirlərin içində qərarlaşdırdı ki, elə bu gün işlədiyi işin pulunda alsın. Heç olmasa əlində bir az ehtiyat pulu olar. Həmdə uşaq əsgərlikdən gələndə qonum-qonşudan, tanışlardan eşidib - bilən gözaydınlığına gələcəkdi. İndidən bunlarıda nəzərə almaq lazımdır-deyib, evdə bir neçə dəfə həyat yoldaşı Səidə ilə söhbətləri yadına saldı. Amma elə hey narahat idi, istəyirdi ki, arın-arxayın oğlunu qarşılasın, gəlib-gedənlərin qarşısına rahat çıxa bilsin.
Qəlbinə dolan bu isti hiss, hələ onun kefin bir az da duruldmuşdu. Üz - gözü gülürdü. Odur ki, tez-tələsik əl üzün yuyub otağa keçdi. Pəncərədən həyət baxan Əzizağanın anası Səidə xanım, həyat yoldaşı Nizaminin əl-üzün yuduğun görən kimi, asılqandan əl - üz dəsmalın götürüb, həyat yoldaşının içəri girməsini gözləyirdi. Nizami evə girən kimi, həyat yoldaşı əl-üz dəsmalını ona uzatdı. Nizami dəsmalı alıb üz-gözün qurulaya-qurulaya üzün həyət yoldaşına tutub, ehtiyyat üçün yenə tapşırdı. Uşağın gəlməsinə hazırlıq barədə fikirləşirəm. Deyirəm, bu gün işdən pulumu da alaram, bir az əldə ehtiyata pul olsun-deyib, üzün həyat yoldaşına tərəf çevirdi.
Yaxşı olar İnşəallah, qoy sağ-salamat gəlsin balam deyib, ərindən aldığı dəsmalı yenidən asılqandan asıb, hazırladığı süfrəyə tərəf getdi. Stəkanı götürüb Nizamiyə çay süzdü...
Nizami səhər yeməyini yeyib həyətdən çıxıb rayona gedən "manatlıq" taksilər dayanan tərəfə getdi. Yol boyu Əzizağa haqqında düşünürdü. Xatirələri onu Əzizağanın dünyaya gələn günə dartıb aparmışdı. Həmin günün sevincini elə bil təkrar yaşayırdı. Qış ayı idi, 1 fevral 1999-cu il. Qızından bir neçə il sonra Əzizağa dünyaya gəlmişdi. Sevincinin həddi - hüdudu yox idi. İşdən evə gələn kimi ilk onun beşiyinin başına yaxınlaşardı. Əgər uşaq oyaq olsa idi bir az oynadardı, yatmış olsaydı, ehmalca əyilib dodaqların onun yanağına toxundurardı. O dəqiqə balaca Əzizağa yerində qurcalanıb ya oyanardı, ya da üzün o biri tərəfə çevirib yuxusun davam etdirərdi. Beləcə Nizami, ürəyində cücərən arzuların içində böyüdürdü Əzizağanı. Hətda, onu atıb-tutanda, - "nə vaxt məktəbə gedəcək" - deyib, şaqraq səslə əlavə edərdi. "Mənim oğlum oxuyub təhsil alacaq, savadlı, böyük adam olacaq" - deyib, arzularını beləcə dilə gətirirdi. "Balam hələ əsggərdə gedəcək, komandiri belə oğul böyütdüyümüzə görə bizə Tərifnamə, Təşəkkürnamə göndərəcək" - deyərək Əzizağanı atıb - tuturdu. Nə qədər gözəl qürurlu hiss idi bu arzular...?- düşünən Əzizağa, "manatlıq taksilərin" dayanacağına necə çatdığını bilmədi. Dayanıb hamıya salam verdi. Bir xeyli ətrafa baxdı...
Çünki, Nizami də babalarımızın bizə gəlib çatan gözəl adətlər fonunda bilirdi ki, oğul övladı valideyninin arxa-dayağıdır. Elə bu düşüncələrlə daha çox bağlanırdı Nizami oğluna. Demək olar ki, hər gün buğum, buğum boy atırdı Nizaminin gözü qarşısında Əzizağa.
2006-cı ildə Ağsu rayonunun Ağarx kəndində yerləşən N. Mirzəliyev adına məktəbin birinci sinifinə daxil olan Əzizağa, tam orta təhsilini burada başa vurur. Atanın, ananın, bacının arzuları Əzizağa böyüdükcə böyüyüb. Həə.., şirin xəyaldan ayrılan Əzizağa, özü-özünə gözaydınlığı verərirmiş kimi qəlbinə, - "Gözün aydın Nizami, oğlun əsgərlikdən gəlir"-deyib, ürək dolusu köks ötürür...
Cəmi iki gündən sonra, Əzizağa vətən, el, oba qarşısında olan şərəfli oğulluq borcunu ləyaqətlə yerinə yetirib, doğma kəndi Bozavanda, doğmalarının yanına qayıtdı. Həmin gün Nizamini neçə gün idi narahat edən, təlaşlı düşüncələr sona çatdı. Kənd camaatından eşidib bilə, qohumlar, yaxın qonşular, dostlar, tanışlar gözaydınlığı üçün Nizami gilə gəlib, gedirdi. Hər dəfə də Nizami qonaqları yola salanda gözü fırlanıb oğlu Əzizağaya sataşırdı. Hər dəfə də, qürurla, fərəhlə oğluna baxıb, sevincdən gözü yaşarmış halda, dolumsunaraq, özü eşidiləcək səslə, - "boyuna qurban olum, ay bala" - deyib, uca Tanrıya, bu günü üçün şükür edirdi. Bir neçə gün Nizamigilin evi, qonaq-qaralı oldu. Rahat, ailəlikcə oturub, hələ doyunca söhbət edə bilməmişdilər. Artıq üçüncü gün idi ki, əl - ayaq bir az səngimişdi. Gələn olanda da, ərtədən gəlib, gözaydınlığı verib gedirdi. Nizami bu üç gündə xeyli rahatlıq tapmışdı. Növbəti gün yenə axşamüstü ailəlikcə süfrə arxasına oturub, deyib-gülürdülər ki, Əzizağa üzün atasına, anasına çevirib dedi.
- Ata, daha istəmirəm ki, sən işləyəsən. Elədə böyük ailə deyilik. Özüm işləyib, evin ehtiyacların da təmin edəcəm, İnşəallah anamı da, səni də növbəti ildə Kərbəla ziyarətinə göndərəcəm. Mən özüm işləyəcəm - deyib, sınayıcı nəzərlə atasının və anasının üzünə baxdı.
Əzizağa danışdıqca, Nizami- "Maşallah, böyüyüb, evin kişisidir" - deyib, qürurla, üzündə təbəssüm həyət yoldaşı Səidəyə tərəf baxdı. O da, Nizami yə baxıb, atasının, oğluna nə deyəcəyini gözlədi. Nizami isə təmkinlə, - "bala, çox sağ ol, bizim övlad elə belə olmalı idi. Atasının, anasının qədrini bilən, ailəsinə sahib çıxan olmalı idi. Amma, hələ bizim bir öhdəliyimiz durur. Səni evləndirmək. Qoy bu vəzifəmizidə biz yerinə yetirək, İnşəallah dediklərinə baxarıq".
Yox ey, ata, onun üçün hələ tələsməyin, özüm işləyib pul yığım sonra baxarıq - deyən Əzizağa, ümumiyyətlə istəyirdi ki, atası tamamilə işə çıxmasın, otursun evdə, gedib rayonda tay-tuşları ilə nərd, domino oynayıb vaxtın xoş keçirsin. Hələ bu barədə o əsgərlikdə olanda düşünmüşdü. Arzu etmişdi ki, elədə böyük ailə deyilik, özüm işləyib valideynlərimə baxaram, ziyarətə göndərərəm...
ARZULAR, ARZULAR...

Əzizağa artıq doğulub boya-başa çatdığı Bozavand kəndində idi. Hələ hərbi xidmətdə olduğu dövürdə öyrəşdiyi vəziyyətlərdən və illərlə xəyal qurub arzuladığı arzuların ona verdiyi narahatçılıqlardan çıxa bilmirdi. Hər səhər tezdən durub iş axtarmaq üçün rayonda bir neçə yerə dəymişdi. İş üçün söz verəndə var idi. O, tez bir zamanda işləyib, atasın, anasın inandırmaq istəyirdi ki, onlar narahat olmasınlar, o dediyini edəcək. Elə yaxşı insanların, etibarlı dostların köməyi sayəsində iş tapdı. Artıq bir həftə idi ki, işləyirdi. O düşünürdü ki, evin ehtiyacların qarşılamalı, ehtiyata pul yığmalı, ata - anasın Kərbəla ziyarətinə göndərməli və evlənmək üçün bir az çox çalışmalıdır. Belə də edirdi. Heç bir yorğunluğunu evdə də hiss etdirmirdi. Çünki o çox şən, gülərüz, olduqca zarafatcıl idi.
Bu xasiyyəti onun yorğunluğunu da büruzə vermirdi. İllər, illəri qovurdu. Əzizağa artıq verdiyi sözü tutmağa, arzularını həyata keçirməsinə, hər gün, hər an inamı, ümüdi artırdı. Hərdən əsgərlik həyatı, əsgər yoldaşları, zabit heyətləri yadına düşürdü. Elə bil içində bir bir narahatçılıq var idi. Fikirləşirdi ki, bütün dünya, ölkə kimi, millət kimi elə bil, ili, ilə calamaqla, mənfur qonşu, cani ermənilərin işğal etdiyi əraziləri bizə unutdurmağa çalışırlar. Gedib hərbi xidmətimi də başa vurub gəldim, bu ağrı, acını millət olaraq nə vaxta qədər daşıyacağ - düşüncəsi onu hər bir azərbaycanlı gənci kimi narahat edirdi. Xalqımıza, dövlətimizə, soydaşlarımıza qarşı törədilən şərəfsizliyin arxasında kimlər durmasından aslı olmayaraq cavabı verilməlidir. Əsgərlikdə də, rayonda da tay-tuşları ilə görüşəndə istər-istəməz söhbət gəlib bu mövzuya dirənirdi. Həmişə də həqiqi hərbi xidmətini düşmənləri torpaqlarımızdan qovalamamasına görə belə başa vurmasına heyifsilənərdi...
QİSMƏTƏ DOĞRU GEDƏN YOL...

Deyir hər bir insanın öz qismət payı var. İnsan harada, nə vaxt o qismət payın yaşayacaq bilinmir. Əzizağa olduqca ailəcanlı, vətəni sevən biri kimi böyümüşdü. Artıq dünyanın ikiüzlülüyünü də görürdü. Haqqın harada olduğunuda bilirdi. Ona görə də bu hiss onu buraxmırdı.
2020-ci ilin sentyabrı idi. Adi iş günlərinin biri idi. Eşidəndə ki, Ermənistanın Silahlı Qüvvələri illərlə davam edən atəşkəs rejiminin qaydalarını həmişəki kimi tez-tez pozub, bizim səbrimizi yoxlayır. Belə bir atəşkəs rejiminin pozulması zamanı generalmız Polad Həşimovla bir neçə yüksək çinli zabit və əsgərlərimiz şəhidlik məqamına qovuşdu. Xalq ayağa qalxdı. Ali Baş Komandan İlham Əliyev Cənabları, səbrimizin bir həddi var deyib, mənfur düşmənin ümumiyyətlə torpaqlarımızdan çıxarılması üçün göstərişini verib, "Qismən səfərbərlik" elan etdi. Bunu eşidən Əzizağanın əlinə elə bil fürsət keçdi. Evdə heç kimə demədən işdən çıxıb birbaşa Respublika SHXÇDX İdarəsinin Ağsu rayon şöbəsinə gəlib, hərbi xidmətə qeydiyyata düşdü. Bundan sonra özündə bir balaca rahatlıq tapdı. Evə gedib, müharibəyə gedəcəyini dedi. Bundan ötürür gedib qeydiyyata düşdüyünü də ata-anasına bildirdi. Bu anda o, etdiklərini elə sevinclə deyirdi ki, az qalırdı uçub döyüş bölgəsinə getsin. Evdə narahatçılığı görüb, - narahat olmayın, İnşəallah dığaların payın verib, tezliklə torpaqları düşməndən təmizləyib qayıdacağıq. Buda bizim borcumuzdur da"-deyib, ata-anasın sakitləşdirməyə çalışdı. "Əgər məndən ötürü darıxsanız, Mələklə (bacısı qızı) oynayıb vaxtınızı keçirərsiniz, istəyirsiniz özüm tapşırdım Mələyə sizi qoymasın darıxmağa, dayısı gələnə qədər" - dedi. Əzizağa düşündü ki, bu zarafatı bir az ovqatı yaxşılaşdırar. Amma zarafatla dediyi bu söz hamını kövrəltdi...
GÜLLƏLƏNMİŞ   ARZULAR... - FOTO

Bir gündən sonra Əzizağa rayon SHXÇDX İdarəsinin rayon şöbəsinə gəldi. Burada izdihamı görüb, onunla gələn atasına baxıb,- "ata görürsən nə qədər adam gedir şərəfsiz ermənilərin cavabın verməyə?" - deyib, bir-bir tanıdığı uşaqlarla görüşüb içəri keçdi. Həmin gün, 29 sentyabr 2020-ci ildə Əzizağagil döyüş bölgəsinə göndərildi...
İlk döyüşü Ballı qaya uğrunda oldu. Sonra isə Ağdərə istiqamətində döyüşlərə qoşuldu. Tez-tez evlə, ata-anası və bacısı ilə danışıb, Mələyi soruşub, hamını arxayın edirdi ki, erməniləri torpaqlarımızdan qovub çıxarmaq üzrəyik. Tezliklə müharibəni qələbə ilə başa vuracağıq. Əzizağa şəhid olmamışdan bir neçə saat əvvəl evlə danışıb, atasına bildirib ki, - " ata, torpaqlarımızın çox hissəsini ermənilərdən təmizləmişik. İnşəallah belə getsə, tezliklə bu şərəfsizləri qovub çıxaracağıq. Ata, telefonu səsgücləndiricidən çıxart, sənə deyiləsi sözüm var". Nizaminin ürəyinə müxtəlif şübhə doldu, "bəlkə yaralanıb" - deyə düşünərək telefonu səsgücləndiricidən adi səsə keçirdi. Əzizağa telefonun o biri başında sözünü davam etdi. - "Ata, müharibənin öz qanunları var. İnan, biz burada hər gün döyüşə girəndə, əsgər yoldaşlarımızla halallaşırıq. Əgər, mənə bir şey olsa, mənim qoxumu Mələkdən alarsınız. Özünüz bilirsiniz ki, mən onu çox istəyirəm"- bu son sözləri Əzizağanın özünü də kövrəltmişdi deyə, sözünü boğula-boğula deyibmiş. Evdə bu sözlərdən sonra hamının halı pərişan olur. Təxminən bundan bir neçə saat sonra, 16 oktyabr 2020-ci il tarixdə, ağır döyüşlərin birində Əzizağa Nizami oğlu Hüseynzadə şəhadətə qovuşur.
Onun şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısı İlham Əliyev Cənablarının sərəncamı ilə Əzizağa Nizami oğlu Hüseynzadənin xidmətləri (ölümündən sonra) "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Vətənə xidmətlərinə görə" medalları ilə təltif olunub.
O evin tək oğul övladı olub. Əzizağa Nizami oğlu Hüseynzadənin nəşi, böyük ehtiramla, rayon rəhbərliyinin, ictimaiyyətin iştirakı ilə Ağsu rayonunun Bozavanda kənd qəbristanlığında uğrunda vuruşduğu torpağa tapşırılıb.
Əzizağanın taleyin qismətinə tuş gələn ömür yolu kimi, atası Nizaminin, anası Səidənin, bacısı Həqiqətin onunla bağlı bütün arzuları elə həmin gün güllələndi.
Hər dəfə, heç nədən xəbərsiz böyüyən nəvəsi Mələyə baxanda, Əzizağanın son sözləri sanki onu güllə olub, ürəyini dəlik-deşik edir. Mələyi sinəsinə sıxıb, içdən qoxlayır. O, oğlundan qalan bu sözləri yaşatmaq üçün Mələyə daha çox bağlanır. Ruhun şad olsun bala deyib, Mələyin başın sığallayır...
Bu yazımla məndə şəhid iz qarşısında ehtiramla baş əyib, Allahın rəhməti üzərinizdə olsun şəhidlərimiz. Allah ruhunuzu şad, məkanınızı cənnət etsin.
GÜLLƏLƏNMİŞ   ARZULAR... - FOTO

Elxas COMƏRD.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Şəkidə eyni məktəbin iki şagirdi müksimum bal topladı

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031