Xəbərlər
26.11.2024, 00:10
Şəhla Xəlilqızı : ŞƏHİD BULAĞI - FOTO
ŞƏHİD BULAĞI.
Elimdə, obamda abu kövsər tək,
Zəmzəmi kimidir şəhid bulağı,
Hər yerdə ziyarət, əbədi örnək,
Axar zəmzəm kimi şəhid bulağı.
Ucaldı minarə şəhid adına,
Qısındı Vətənin isti oduna,
Çatır susayanda hər an dadına,
Axar zəmzəm kimi şəhid bulağı.
Təsəlli yerimiz, ocaq yerimiz,
Tükənməz könüldə sönməz sevgimiz,
Ruhuna dualar oxur qəlbimiz,
Axar zəmzəm kimi şəhid bulağı.
Bismillah deyərək yanaşsın gərək,
Yaxına getməsin natəmiz ürək,
Bulağın başında hərlənən mələk,
Axar zəmzəm.kimi şəhid bulağı.
Ay Şəhla ömürlər gəlib ötəcək,
Çeşmələr axdıqca güllər bitəcək,
Yanan ürəklərin odu sönəcək,
Yayıldı hər yana səsi, sorağı,
Zəmzəmi kimidir şəhid bulağı.
Zəmzəmi kimidir şəhid bulağı,
Hər yerdə ziyarət, əbədi örnək,
Axar zəmzəm kimi şəhid bulağı.
Ucaldı minarə şəhid adına,
Qısındı Vətənin isti oduna,
Çatır susayanda hər an dadına,
Axar zəmzəm kimi şəhid bulağı.
Təsəlli yerimiz, ocaq yerimiz,
Tükənməz könüldə sönməz sevgimiz,
Ruhuna dualar oxur qəlbimiz,
Axar zəmzəm kimi şəhid bulağı.
Bismillah deyərək yanaşsın gərək,
Yaxına getməsin natəmiz ürək,
Bulağın başında hərlənən mələk,
Axar zəmzəm.kimi şəhid bulağı.
Ay Şəhla ömürlər gəlib ötəcək,
Çeşmələr axdıqca güllər bitəcək,
Yanan ürəklərin odu sönəcək,
Yayıldı hər yana səsi, sorağı,
Zəmzəmi kimidir şəhid bulağı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















