DOST İTKİSİ - FOTO

DOST İTKİSİ
50 ildən artıq xoş münasibətdə olduğum uşaqlıq dostum Sərraf Əliyevin əziz xatirəsinə


Haqqında danışmaq nə qədər rahat olsa da, səni dünən eşitdiyim acı xəbərdən sonra xatirələr işığında yada salmaq mənim üçün bir o qədər ağırdır. Qəfil açılan güllə kimi amansız ölüm səni də gülə-gülə aramızdan apardı. Qapılarımızın ilin sonuna yaxınlaşdığımız bir dövrdə Yeni il müjdəsilə açıldığı bir payız gecəsi ömür qapısı sənin üzünə əbədi bağlandı…
2024-cü ilin 20 noyabr səhəri... O acı xəbəri eşidəndə sanki yerimdə donub qaldım. Bir anlıq yuxuda olduğumu zənn etdim. 10-15 gündür səhhətimdə problem yaranıb. Bu səbəbdən də işə ara-sıra gedirəm. Ev günüm idi. Böyük bacımın yaxınlaşıb mənə çəkinərək dediyi sözlər, aydın səsi hələ də qulağımdan getmir: "Hə, Heyyət əminin, Əminə xalanın oğlu Sərraf rəhmətə gedib...". Bir anlığıa donub qalsam da, təəssüf etsəm də, göz yaşımı içimdə boğsam da, əlimdən bir şey gəlmədi. Nə etmək olardı? Bu, acı həqiqət idi…

DOST İTKİSİ - FOTO

Kişi oğlu KİŞİ kimi tanıyırdım onu. Sinəsini düşmənə belə sipər etməyə hazır oğul idi Sərraf. Dosta kürəyini arxa verən əsl dost kimi tanıyıram onu. Müdriklərdən biri deyib ki, yaxşı dost təkcə dar gündə deyil, yaxşı gündə də tanınır. O mənim üçün məhz belə bir dost idi…
İllər öncə, daha doğrusu, atam rəhmətə getdiyi ərəfədə eşitmişdim ki, rəhmətlik Əminə xala yataqdadır, hətta ölümlə üz-üzə qaldığı xəbərlər belə dolaşırdı. Ailəvi dostluğumuz, Sərrafla yaxın münasibətlərimiz olduğundan onunla əlaqə saxladım və onların “Azadlıq” prospektindəki evlərinə baş çəkməli oldum. Küçə qapısında Sərrafla görüşdük. O məni evlərinə dəvət etdi. İçəri girəndə Əminə xalanı soruşdum, dedi ki, yataqdadır. Onun saxlanıldığı otağa girəndə bir anlığa özümü saxlaya bilmədim. Həmişə ayaq üstə şən, şux, gülərüz formada gördüyüm və ana qədər xətrini istədiyim Əminə xala doğrudan da ölümlə çarpışırdı. Bu vəziyyət məni çox mütəəssir etdi, hətta özümü saxlaya bilmədim, göz yaşları axıtdım və Allahdan Əminə xalaya, onun səhhətinin normallaşıb əvvəlki vəziyyətə düşməsi üçün dualar etdim. Həmin gün bir xeyli özümə gələ bilmədim. Evdəkilər məni ovutmağa çalışdılar. Bildirdilər ki, tezliklə o sağalacaq. Mən telefonla Sərrafa tez-tez zəng edir, Əminə xalanın sağlamlıq durumunu soruşurdum. Həmişə də Allaha ümidli olduğunu qeyd edib dualar etməyi əsirgəməməyimizi xahiş edirdi…
DOST İTKİSİ - FOTO

Bəli, 2 aydan sonra Əminə xala Sərrafın bir oğul kimi əziyyətindən, qayğıkeşliyindən sonra tam sağalıb ayağa qalxdı, vəziyyəti getdikcə normallaşmağa başladı. Mən bu dəfə Əminə xalanı görməyə, Sərrafa gözaydınlığı verməyə gedəsi oldum. Doğrudan da Əminə xala sağalmışdı, bu dəfə özü həqiqətən otaqda gəzişirdi. Onu ayaqüstə görəndə sevinc göz yaşlarımı saxlaya bilmədim, salamlaşdıq, ana-bala kimi görüşdük. İkimiz də Allahın mərhəmətinə və şəfqətinə inamımızı təsdiqlədik…
Sərrafla tez-tez zəngləşir, Əminə xaladan da xəbər tuturdum. Amma ötən il oktyabrın 25-də qəfil eşitdim ki, Əminə xala gözlərini əbədiyyətə yumub. Bu xəbər də məni çox sarsıtdı. Masazırdakı evlərinə başsağlığı verməyə getdik. Qapıda Əminə xalanın əvəzindən bizi Sərraf qarşıladı. Gözlərindəki kədəri, qəmi gözlərim uddu. Mən 11 il əvvəl bu itkini yaşamışdım. Dərd tanış idi mənə. Ona görə Sərrafa, ailələrinə səbir diləyib təmkinli olmalarını arzuladım.
Sərrafla bir yaş fərqimiz var. Uşaqlığımız, gəncliyimiz bir keçib. Kənddə dərsdən sonra birlikdə olmağımız, uşaq oyunlarını oynamağımız, qəbiristanlıqda “Düzən” deyilən ərazidə komanda şəklində hər gün futbol oynamağımız, bir sözlə, onunla bağlı nə şirin xatirə varsa, gözlərim önündə canlanır. Son 20 ildə isə dostluğumuz daha da möhkəmlənmiş, münasibətlərimiz yaxşılaşmışdı. Oğluna həmişə deyərdi ki, bunlar (məni əli ilə göstərib) yaxşı ailədirlər, onlara ehtiramla yanaş. Belə kəlmələrlə oğluna öyüd-nəsihət verərdi. İnsafən, o da atasına “bəli, baş üstə, sənin dediyin qanundur” deyə şirin dillə cavab verərdi.
DOST İTKİSİ - FOTO

Bir neçə gün əvvəl zəngləşmiş, hal-əhval tutmuşduq. Səsi yaxşı gəlirid. Votçapda da danışırdıq, bir-birimizin statuslarımıza münasibətlərimizi bildirirdik. Nəvələri, oğlu ilə birlikdə çəkdirdiyi fotoşəkilləri paylaşırdı. Hiss edirdim ki, bu sevincini yaxın dostları ilə bölüşmək istəyir. Özümdə arxayınlıq, əminlik yaranmışdı ki, 2024-cü ili də birlikdə başa vuracağıq. Amma… kəmfürsət ölüm səni bizdən götürüb apardı, məni də, canından çox istədiyi ailəsini də, övladlarını və nəvələrini də Sərrafsız qoydu…
60 il ömür yaşadı Sərraf Əliyev. Lakin şərəfli bir yol keçdi. Adi peşə ilə məşğul idi, rayonlara gedən camaatı daşımaqla məşğul idi. Bu yolla həm ailəsini saxlayır, həm də camaat arasında hörmət qazanırdı. Tam cəsarətlə deyərdim ki, onun bu qısa zaman kəsiyində qazandıqları itirdiklərindən çox oldu…
Qəlbinin sevindiyi, üzünün güldüyü və dolanışığının yoluna düşdüyü bu dövrdə əcəl ürəyinə hakim kəsildi. Yoxluğun yaman sarsıtdı, sızlatdı bizi. Hansını deyim, Sərraf, hansı sözünü ayırıb misal çəkim? Hər sözün, hər kəlmən, hər baxışın, duruşun qəlbimizin başını göyüm-göyüm göynədir. Allah sənə insaf verəydi, kaş tanımayaydıq bir-birimizi. Ay etibarsız, adamı bu qədər yandırıb-yaxan beyqafıl ölümü hardan tapdın? Hardan??? Artıq dünəndən Sərraf adlı dostumuz aramızda yoxdur. Nə yaxşı ki səninlə bağlı isti xatirələrimiz ürəyimizə bir qədər təskinlik verir. Dünəndən o xatirələri çözələməyə başlamışıq…
Hər rayon səfərindən sonra həmişə tezliklə görüşərik deyərdi. İndi isə nə vaxtsa görüşəcəyimiz TANRInın qismətinə qalıb. Görüşənədək deyirəm, əziz qardaş.

Ruhun şad olsun, əziz dost!
Ruhuna ehtiramla Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031