DOST İTKİSİ YAMAN OLUR…
DOST İTKİSİ YAMAN OLUR…Deyirlər, dostlar təkcə pis gündə deyil, fərəhli anlarda da tanınırlar. Haqqında sözhbət açacağımız Əli Dadaşov da həmkarlarının uğurlarına şərik olmağı bacaran, xoş sözləri əsirgəməyən, cavanları axtarışlara, yaradıcılığa ruhlandıran, həvəsləndirən peşəkar idi. Onunla ünsiyyətdə olmaq həmişə asan və maraqlı idi.
Haqqında danışmaq nə qədər rahat olsa da, bu gün onu xatirələr işığında yada salmaq bizim üçün bir o qədər ağırdır. Qəfil açılan güllə kimi amansız ölüm onu gülə-gülə aramızdan vaxtsız apardı. Qapılarımızın Yeni təqvim ilinə açıldığı bir qış günü ömür qapısı üzünə əbədi bağlandı.
2020-ci ilin 22 dekabrı... O acı xəbəri mərhumun əmisi oğlu Cəmil müəllimdən eşidəndə sanki yerimizdə donub qaldıq. Bir anlıq yuxuda olduğumuzu zənn etdik. Telefonun uzaq məsafəsindən gələn aydın səs hələ də qulağımızdan getmir: "Qardaş, dünən əmi oğlum Əli rəhmətə gedib...". Nə etmək olardı? Bu, acı həqiqət idi. Təəssüf etməkdən, qəhərimizi içimizdə boğmaqdan başqa əlimizdən bir şey gəlmirdi.
“Düşmənə sinəsini sipər edən, dosta kürəyini arxa verən əsl dost kimi xatırlayıram Əlini. Müdriklərdən biri deyib ki, yaxşı dost təkcə dar gündə deyil, yaxşı gündə də tanınır. O mənim üçün məhz belə bir dost idi” deyə kövrək, həm də boğuq səslə fikrini bizə çatdırdı.
Cəmil müəllim onu da bildirdi ki, 1957-ci ildə anadan olmuş Əli Dadaşov orta məktəbi Sumqayıtdakı orta məktəblərdən birində oxuyub, ali təhsilini isə Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirib. İdmanın boks növü üzrə məşğul olub. Elə ömrünü də bu sahəyə həsr edən Əli hərbçilər arasında keçirilmiş turnirdə uğurlu çıxış edərək qalib gəldiyinə görə onu hərbi xidmətdən azad etmişdilər. Əslində Pirəküşküldəki hərbi hissədə xidmət etməli idi. Qeyd etdiyim kimi, idman sahəsində uğurlu çıxışlar etdiyinə görə ona güzəşt etmişdilər.
Fikirlərini bizimlə həyəcanla bölüşən C.Dadaşov onu da vurğuladı ki, Əli xeyli əvvəl boks üzrə “SSRİ İdman ustası” fəxri adını alıb.SSRİ kubokunun sahibi və dəfələrlə beynəlxalq turnirlərin qalibi seçilib. 20 sentyabr 2001-ci ildə rəhmətə getmiş atası (Cəmil müəllimin əmisi) Qardaşbala Dadaşov Sumqayıtda polis rəisi işləyib.
Əli Dadaşovun idmanın bu növü üzrə xeyli yetirməsi olub. Onların xoş soraqları müxtəlif yarışmalardan gəlir. Həmişə yetirmələrinin sevincinə, qalibiyyətinə hamıdan çox sevinirdi Əli. Bəlkə də onu yaşadan bu uğurlar və onların gətirdiyi sevinc hissləri idi...
Çox dostcanlı, qohumcanlı, xeyirxah olub. Dadaşovlar nəslinin sayılıb-seçilən üzvü kimi həmişə çalışırdı ki, yaxşılıq etsin, bu nəslin adını yüksəkliklərə qaldırsın. İdmanda qalib olduğu kimi! Nəslin gözü idi Əli. Anası Təhminə xanıma, övladlarına, qardaşları Samir və Ceyhuna, ümumiyyətlə, qohum-qardaşa,bütün Dadaşovlara qarşı xüsusi diqqət göstərirdi.
Biz Cəmil müəllimi illərdir yaxından tanıyırıq. “Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru kimi özünün xeyirxahlığını, nəcibliyini daim nümayiş etdirib. Görünür, nəslin qanındadır bu xüsusiyyət. Bu illərdə sevincimizi paylaşmağı, dərdimizə şərik çıxmağı bacarmışıq. İllərin sınağından mətinliklə çıxmışıq. Əli də xasiyyətcə ona oxşayırdı. Cəmil müəllim danışdıqca elə bilirik ki, mərhum Əli ilə Cəmil müəllimin xasiyyətində eynilik var: “Son zamanlar düşdüyümüz durum, yəni pandemiya dövrünün düçar etdiyi mövcud vəziyyət ailələri, qohumları bir-birindən uzaqlaşdırıb. Buna baxmayaraq, tez-tez görüşə bilməsək də, bir-birimizdən hal-əhval tutardıq. Hər dəfə də "özündən muğayat ol", - deyə mənə ürək qızdırardı. Doğrusu, özümüzdən muğayat olmağa çalışsaq da, heyif ki, onu qoruya bilmədik”.
Yay aylarını kənddə keçirməyi xoşlardı. Bu il də havaların qızmasını gözləyirdi ki, kəndə qayıtsın, çox sevdiyi dağlarının gözəlliyini bir daha görsün, havasını udub, suyunu içsin…
63 illik bir ömür yaşadı Əli Dadaşov. Lakin şərəfli bir yol keçdi. Bu qısa zaman kəsiyində isə qazandıqları itirdiklərindən çox oldu. Onu yuxarıdakı fikirlərində bizimlə bölüşüb Cəmil müəllim. Uğurları hələ də davam edəcəkdi. Biz də bu sevincə şərik olduğumuzu bildirəcəkdik.
Dostları, yaxınları hələ onu ürəklə təbrik etməyə macal tapmamış əcəl ürəyinə hakim kəsildi. Nə edək ki, sonrakı sevincini onunla bölüşə bilmədik. Yoxluğu isə yaman sarsıtdı bizi. Artıq bir neçə gündür ki, Əli Qardaşbala oğlu Dadaşov aramızda yoxdur. Nə yaxşı ki onunla bağlı isti xatirələrimiz ürəyimizə bir qədər təskinlik verir.
Onu yola salmağa başqa vaxt olsaydı, bəlkə də çox adam gələrdi, amma mövcud pandemiyanın ağır fəsadlarını yaşadığımız dövrdə elə yaxınları, ailə üzvləri vidalaşırdı. Onun sevdiyi adamlar… Bütün ömrü boyu qalibiyyət nəğməsinin kədəri çökmüşdü vidalaşmağa gələnlərin üstünə…
İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək. Ancaq Əli Dadaşov kimi gözəl, səmimi, xeyirxah bir insanın əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Həmişə tezliklə görüşərik deyərdi. İndi isə nə vaxtsa görüşəcəyimiz ALLAHIN qismətinə qalıb. Görüşənədək deyirik.
Ruhun şad olsun, dostumuzun dostu, qardaşı, sirdaşı!

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha artıq bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Daşdəmir ƏJDƏROĞLU,
Rahib KƏRİMLİ

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31