Bakıda klinikada qəssabxana açıldı - AQTA işə qarışdı
Binəqədi rayonunda yerləşən "Elmed Tibb Mərkəzi” klinikasının 1-ci mərtəbəsində yerləşən 28 m²-lik qəssabxana bağlanıb.

Turaztv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, klinikanın direktoru və qanuni təmsilçisi Ramin Quliyev sözügedən 28 m² qeyri-yaşayış sahəsini qəssabxana kimi işlətmək üçün Əli adlı şəxsə icarəyə verib.
Əli həmin qəssabxanada əsaslı təmir işləri apararaq 20 min manat xərc çəkib. Ramin Quliyev isə bir müddət sonra həmin ərazidən çıxmasını tələb edib. Əli isə klinika direktoruna, çəkdiyi 20 min manat xərci ödəmədən ərazidən çıxmayacağını bildirib.

Nəhayət, Ramin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ət satışı mağazasında yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkar edilib. Bununla əlaqədar olaraq cavabdehin fəaliyyətinə qadağa qoyulub.

Ramin Quliyev AQTA-nın bu qərarından yararlanaraq məhkəməyə müraciət edib.

O, iddia edib ki, ona məxsus olan 1338.7 m²-lik qeyri-yaşayış sahəsinin 40 m²-lik hissəsi Əli tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkarlanıb. O, dəfələrlə ərazinin boşaldılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymayıb və ərazini boşaltmayıb. Beləliklə, onun mülkiyyət hüquqları və biznes maraqları kobud şəkildə pozulub.

Əli isə məhkəmədə Ramin Quliyevin iddiasını qəbul etməyib. Belə ki, həmin yerin təmiri üçün 20 min manat xərclədiyini bildirib. İddiaçı ona 20 min manat ödədiyi təqdirdə ərazidən çıxacağını, əks halda isə məhkəmə iddiası qaldıracağını bəyan edib.

Məhkəmə, "Elmed Tibb Mərkəzi”nin qanuni təmsilçisi Ramin Quliyevin qəssaba qarşı iddiasını təmin edib və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qərar verilib.

Qeyd edək ki, Binəqədi rayonundakı "Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Klinikanın direktoru isə onun qardaşı oğlu Ramin Quliyevdir.
Bakıda klinikada qəssabxana açıldı - AQTA işə qarışdı

Son xəbərlər

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930