Mikayıl Cabbarov: "Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir"


Asiya İnkişaf Bankı (ADB) və Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələr regional əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səmərəli səylər göstərirlər.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir: "Azərbaycan və Mərkəzi Asiya ölkələri qlobal arenada getdikcə daha çox əhəmiyyət kəsb edən unikal tarixi, mədəni və geosiyasi məkanı bölüşürlər. Bu mənada hazırkı proqram regionun birgə və davamlı inkişafı üçün birləşdirilməsində həyati rol oynayır. İyirmi il ərzində CAREC proqramı regionumuzun inkişafına ciddi töhfə verib. Proqram yeni prioritet sahələri daxil olmaqla müxtəlif sektorlarda yüksək keyfiyyətli layihələrə sərmayə qoymaqla regional əlaqələrin gücləndirilməsini dəstəkləyir və eyni zamanda tədqiqat, bilik mübadiləsi və ən yaxşı təcrübələrdə regional əməkdaşlıq üçün katalizator rolunu oynayır".

ADB-nin prezidenti Masatsuqu Asakava vurğulayıb ki, CAREC üzv ölkələrdə ekoloji davamlılığı və iqtisadi rifahı prioritetləşdirən aşağı karbonlu gələcək üçün qətiyyətlə hərəkət etməyin vaxtıdır: "Məqsəd və fəaliyyətdə birləşərək gələcək nəsillər üçün davamlı dəyişiklik yarada bilərik. ADB bu transformasiya yolunda hər addımda dəstək olmağa hazırdır"

Qeyd edək ki, ADB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir..

Son xəbərlər

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930