Xəbərlər
11.11.2024, 21:33
Zəfər günü Estoniyada qeyd olunub
Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu Məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Estoniyadakı səfirliyinin dəstəyi ilə baş tutub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin əvvəlində məktəbin rəhbəri Sənəm Əliyevanın şagirdlərlə birlikdə hazırladığı bədii hissə təqdim olunub. Daha sonra müəllim, şagird və valideynlər birlikdə Zəfər gününə həsr olunmuş videoçarxlar izləyib.
Bu kimi tədbirlər Vətəndən uzaqda doğulub böyüyən azərbaycanlı uşaqların tarixi vətənə, dilinə və mədəniyyətinə bağlılıqlarını gücləndirir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay