“Azərbaycan COP29 ərəfəsində çoxqütblü dünyada orta gücə çevrilməyə hazırdır”

Azərbaycan COP29 İqlim Konfransı ərəfəsində çoxqütblü dünyada orta güc olmaq üçün bütün şanslara sahibdir.

Bu barədə “Centre for China and Globalization” beyin mərkəzinin baş elmi işçisi və siyasi icmalçı Harvi Dzodinin (Harvey Dzodin) “South China Morning Post” üçün yazdığı məqalədə qeyd olunub.

"Azərbaycanın böyük neft istehsalçısı kimi enerji keçidi, Ermənistanla sülh səyləri və geostrateji mövqeyi BMT-nin İqlim Konfransında diqqət mərkəzində olacaq. COP29 iqlim konfransı Azərbaycanın paytaxtı Bakıda 11-22 noyabr tarixlərində keçiriləcək. COP28-in ev sahibi BƏƏ ilə müqayisədə, hələ ki, Azərbaycan barədə məlumat azdır, lakin bu tezliklə dəyişəcək. Şərqi Avropa ilə Qərbi Asiyanı birləşdirən Cənubi Qafqaz ölkəsi çoxqütblü dünyada orta güc statusuna iddialıdır", – məqalədə bildirilib.

Müəllif bildirib ki, Azərbaycan öz iqtisadi və geosiyasi mövqeyini gücləndirmək üçün Asiya ölkələri, xüsusilə Çinlə əlaqələrini möhkəmləndirir.

"İyulun əvvəlində Azərbaycan və Çin iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Azərbaycan həmçinin, Çin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır. Bu layihə Orta Dəhliz adı ilə tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas komponentidir. Bu marşrut İran və Rusiyadan yan keçərək Çin, Mərkəzi Asiya və Avropa arasında mükəmməl təchizat əlaqəsi vəd edir və 2040-cı ilədək daşımaların 4 dəfə artacağı proqnozlaşdırılır", – o əlavə edib.

Harvi Dzodin həmçinin qeyd edib ki, COP29 Konfransı Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında artıq əhəmiyyətli nəticələr əldə etməyə kömək edib.

"Ötən ilin dekabrında Ermənistan, Azərbaycan tərəfindən COP-un Şərqi Avropa qrupuna üzvlüyünə dəstək müqabilində, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı müraciətə mane olmamağa razılıq verib. Onlar həmçinin “iki ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq niyyətlərini təsdiqləyirlər” barədə razılığa gəldilər. Azərbaycan Ermənistanı COP29-da iştirak etməyə rəsmi olaraq dəvət edib. İkitərəfli danışıqlarda, məsələn, sərhədlərinin müəyyən hissələrinin demarkasiyası kimi mühüm nailiyyətlər əldə olunub. Rusiya Federasiyasının Qazan şəhərində keçirilən son BRICS görüşündə hər iki lider sülh müqaviləsinin ən qısa müddətdə imzalanmasına bağlılıqlarını təsdiqləmək üçün görüşüblər", – o qeyd edib.(Trend)

Son xəbərlər

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031