ŞƏHİDLƏRİMIZ  HƏR  AN  GƏNC  NƏSLİN QƏLBiNDƏDİR  - FOTO

Bakı şəhərindəki 296 saylı orta məktəbdə vətənpərvərlik hissi çox güclüdür

Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki bugünkü nəsil o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrən. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirlər. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidirlər. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir!
ŞƏHİDLƏRİMIZ  HƏR  AN  GƏNC  NƏSLİN QƏLBiNDƏDİR  - FOTO

Vətənpərvərlik hissi, döyüş ruhu Bakı şəhərindəki 296 saylı orta məktəbin şagirdlərində də hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. Elə bu günlərdə - Böyük Qələbəmizin qeyd ediləcəyi ərəfədə həmin məktəbin ingilis dili müəllimi, həm də təşkilatçı müəllimlərindən biri Səda Mustafayevanın rəhbərliyi altında bir qrup məktəbli “Kobra” rəqəbli zabit, müasir artilleriyanın səriştəli rəhbəri olmuş, həm Birinci Qarabağ müharibəsinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı, sonuncuda isə qəhrəmanlıq göstərmiş, şərəfli Şəhid adını daşıyan Xeyrulla Mais oğlu İbrahimovun İkinci Şəhidlər xiyabanındakı məzarı üstünə gəlməsi, onu, eləcə də burada uyuyan şəhidlərimizi ziyarət etməsi vətənpərvərliyin bariz nümunəsidir.
Ümumiyyətlə, bu məktəbdə Vətənə məhəbbət, vətənpərvərlik ruhu yüksək səviyyədə aşılanır, hər iki Qarabağ müharibəsində şəhid olmuş Vətən övladları xoş xatirələrlə yada salınır. Bu istiqamətdə Səda Mustafayeva kimi müəllimlərin rolu danılmazdır.
Bildiyimiz kimi, Xeyrulla Mais oğlu İbrahimov həm Birinci, həm də İkinci Qarabağ müharibəsində layiqincə iştirak edib, qəhrəman oğullarımızdan biri kimi hünərini göstərib, əslən basqallı olan bu zabitimiz - “Kobra” rəqəbli artilleriyaçı – polkovnik-leytenantımız şəhis olsa da, böyük Zəfərli Qələbəmizi görə bilmədi.
ŞƏHİDLƏRİMIZ  HƏR  AN  GƏNC  NƏSLİN QƏLBiNDƏDİR  - FOTO

X.İbrahimov haqqında söz açarkən bu faktlardan yan keçmək olmur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Ermənistan Ordusunun rəhbərliyi döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsinə pul ödənişi belə təyin etmişdi. O, oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid oldu. II Şəhidlər Xiyabanında dəfn edildi.
Xeyrullanın göstərdiyi şücaət bir daha bizə göstərir ki, azərbaycanlı gənclər Vətən sevgisini yalnız dildə deyil, əməlləri ilə də nümayiş etdirirlər. Ümumiyyətlə, X.İbrahimov da, digər gənclər də torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı özünə şərəf sayıblar.
Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolları, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli qəhrəmanlarını, şəhidlərini tanımalı və tanıtmalıdır. Şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Yuxarıda qeyd etdiyim kimi, Bakı şəhərindəki 296 saylı orta məktəb də Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930