Xəbərlər
3.11.2024, 21:21
ŞƏHLA XƏLİLQIZI : Görüşünə gələcəm - FOTO
Görüşünə gələcəm.
Sevgilim gözlə məni,
Ürək arzular səni,
Yarıb dumanı, çəni,
Qar kimi ələnəcəm,
Görüşünə gələcəm.
Ocaqdan od alacam,
Səni eşqə salacam,
Eşqim sənin olacam,
Sevincimi böləcəm,
Görüşünə gələcəm.
Baxacayıq göz- gözə,
Bu həsrətə yar dözə,
O, vədəyə o sözə,
Göz yaşımı siləcəm,
Görüşünə gələcəm.
Çəkəcəksən özünə,
Salacaqsan izinə,
Vurulacam gözünə,
Sevinibam güləcəm,
Görüşünə gələcəm.
Qaçaraq naz etsəndə,
Yar yanımdan ötsəndə,
Uzaqlara getsəndə,
Həsrətini dələcəm.
Görüşünə gələcəm.
Ürəyimin özüsən,
Ocağımın közüsən,
Eşq bulağın gözü sən,
Kədərimlə güləcəm,
Görüşünə gələcəm.
Eşqə atdım imzanı,
Gələndə görüş anı,
Ey Şəhlanın soltanı,
Əgər bilsəm öləcəm ,
Görüşünə gələcəm.
Ürək arzular səni,
Yarıb dumanı, çəni,
Qar kimi ələnəcəm,
Görüşünə gələcəm.
Ocaqdan od alacam,
Səni eşqə salacam,
Eşqim sənin olacam,
Sevincimi böləcəm,
Görüşünə gələcəm.
Baxacayıq göz- gözə,
Bu həsrətə yar dözə,
O, vədəyə o sözə,
Göz yaşımı siləcəm,
Görüşünə gələcəm.
Çəkəcəksən özünə,
Salacaqsan izinə,
Vurulacam gözünə,
Sevinibam güləcəm,
Görüşünə gələcəm.
Qaçaraq naz etsəndə,
Yar yanımdan ötsəndə,
Uzaqlara getsəndə,
Həsrətini dələcəm.
Görüşünə gələcəm.
Ürəyimin özüsən,
Ocağımın közüsən,
Eşq bulağın gözü sən,
Kədərimlə güləcəm,
Görüşünə gələcəm.
Eşqə atdım imzanı,
Gələndə görüş anı,
Ey Şəhlanın soltanı,
Əgər bilsəm öləcəm ,
Görüşünə gələcəm.
01.11.2019.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














