Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb - FOTO
Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 85 illiyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli muzeydə olub, kollektivlə görüşüb.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, Muzeyin direktoru, Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov mədəniyyət ocağının tarixindən söz açıb. Qeyd edib ki, muzey dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli qərarı ilə yaradılıb. Lakin II Dünya müharibəsi səbəbindən muzeyin açılışı 1945-ci il may ayının 14-də olub.
Akademik bildirib ki, xalqımızın bütün ədəbiyyat tarixini ən qədim zamanlardan müasir dövrə qədər özündə əks etdirən yeganə ədəbiyyat muzeyi olan bu müqəddəs söz sarayı artıq bir əsrə yaxındır ki, Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Bu gün muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulmuş, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapıb. Dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar Ədəbiyyat Muzeyini məmnunluq hissi ilə ziyarət edirlər. Ekspozisiyada qədim əlyazmalar, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli fotoşəkillər və s. qorunur, nümayiş etdirilir.
Diqqətə çatdırılıb ki, muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış ola bilərlər.
Muzeydə bir çox ədəbiyyat və sənət xadimlərimizin xatirə fondları tədqiqatçı alimlər üçün geniş imkanlar yaradır.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi milli dəyərlərimizi yaşadan bir ocaqdır: “Muzeyin yaranma tarixi Nizami Gəncəvinin adı ilə bağlı olsa da, o, Azərbaycanın zəngin ədəbiyyat tarixini və bütövlükdə qeyri-maddi mədəni irsini özündə ehtiva edən böyük bir mərkəzdir. Muzey uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərərək böyük bir dəst-xətt qoyub. Muzeyin hazırda Mədəniyyət Nazirliyi sistemində olması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın mədəniyyət siyasəti elmə, təhsilə, ümumiyyətlə, maarifləndirməyə köklənmiş bir istiqamət götürüb. Bu, Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Azərbaycanın ədəbiyyat və mədəniyyətinin qorunmasında, təbliğində bu muzeyin xüsusi rolu var”.
Nazir 85 illik yubiley münasibətilə muzeyin kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə və muzeyin yaradılmasının 85 illik yubileyi münasibətilə kollektiv Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub.

Adil Kərimli Fəxri diplomu direktor Rafael Hüseynova təqdim edib, xatirə şəkli çəkdirilib.

Görüşdən sonra nazir muzeyin zəngin ekspozisiyası ilə tanış olub.
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb - FOTO
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb - FOTO

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930