Azərbaycanda səhiyyənin təhlükəsizliyinin təmini üzrə Milli Fəaliyyət Planı hazırlanacaq
Azərbaycan çoxsahəli əməkdaşlıq, siyasət, təcrübə və təhsil yolu ilə “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsini təşviq edir.

"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Danimarkanın paytaxtında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində “Vahid Sağlamlıq” mövzusunda keçirilən texniki brifinqdə deyib.

“Beynəlxalq tibbi-sanitariya qaydaları çərçivəsində bu istiqamətdə atılan mühüm addımlardan biri də 19 texniki sahəni əhatə edən Birgə Xarici Qiymətləndirilmədir. 2023-cü ilin may ayında yerli və sektorlararası beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə qrupunun iştirak etdiyi məsləhətləşmə prosesi vasitəsilə Azərbaycanın imkanları insan sağlamlığı sektoru da daxil olmaqla 19 istiqamətdə yoxlanılıb. Birgə müzakirələr və ərazilərə səfərlər nəticəsində Beynəlxalq tibbi-sanitariya qaydalarının, “Vahid Sağlamlıq” Konsepsiyasının tətbiqinin təkmilləşdirilməsinə və Azərbaycan səhiyyə sisteminin fövqəladə hallar zamanı dayanıqlığının gücləndirilməsinə yönələn bütün texniki istiqamətlər üzrə qiymətləndirmələrinə dair prioritet addımlar müəyyən edilib”, - T.Musayev bildirib.
Azərbaycanda səhiyyənin təhlükəsizliyinin təmini üzrə Milli Fəaliyyət Planı hazırlanacaq

Nazirin sözlərinə görə, Azərbaycanda “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsində növbəti addım koordinasiya mexanizmlərinin gücləndirilməsi, birgə nəzarət, monitorinq, potensialın, o cümlədən infrastruktur və insan resurslarının inkişafına yönələn səhiyyənin təhlükəsizliyinin təmin edilməsi üzrə Milli Fəaliyyət Planının hazırlanması olacaq.

T.Musayev həmçinin vurğulayıb ki, COP29 qlobal ictimaiyyət üçün bir araya gəlmək, ümumi tərəqqimizi qiymətləndirmək və praktiki həlləri müəyyən etmək üçün mühüm bir fürsətdir.

“İlk dəfə olaraq “Vahid Sağlamlıq” yüksək səviyyəli COP29-un dəyirmi masasının diqqət mərkəzində olacaq. Görünməmiş ekoloji problemlər qarşısında “Vahid Sağlamlıq” yanaşması indi həmişəkindən daha aktualdır. Konsepsiya insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini tanıyır. Bu da iqlim dəyişikliyinin həyatımızın hər aspektinə - biomüxtəliflikdən başlayaraq ərzaq təhlükəsizliyi və sağlamlığa təsir edən kompleks yanaşmanı nəzərdən keçirərkən xüsusilə vacibdir. Gəlin birlikdə müzakirələrimizi hər kəs üçün daha sağlam və dayanıqlı gələcəyə aparacaq konkret hərəkətlərə çevirək”, - səhiyyə naziri əlavə edib.

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930