“Kür” klubunun həndbolçuları Avropa Kubokunda qazandıqları tarixi nəticədən danışıblar
Kişi həndbolçulardan ibarət "Kür" klubunun üzvləri Yakob Ayuba Katau və Cavid İsmayılov Avropa Kubokunun II mərhələsində Kiprin “Parnassos Strovolu” klubu üzərində qələbəni şərh ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Katau komandanı sonadək dəstəkləyən Mingəçevir əhalisinə təşəkkür edib. O, qalibiyyəti çılğınlıqla qeyd etmələrinin səbəbini də açıqlayıb: "Oyuna hazırlaşarkən çox əziyyət çəkmişdik. Avropa Kubokunda yaxşı nəticə göstərmək və öz sözümüzü demək üçün 3 aydır çalışırıq. Azərbaycan həndbolu haqqında təəssüratlarım yaxşıdır. Burada məni hər şey qane edir".

O, növbəti mərhələni də keçmək istədiklərini söyləyib: "Bu yolla Azərbaycanı daha çox tanıda bilərik. Hər kəsə sürpriz etmək istəyirik. Növbəti mərhələ daha çətin olacaq. Məşqçilərimizin köməyi ilə növbəti mərhələni də keçəcəyimizə inanıram".

Cavid İsmayılov da məşqçilərin qələbədə ən böyük pay sahibi olduqlarını vurğulayıb: "Həmçinin komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Hər iki oyun ağır keçdi. İlk dəfə avrokuboklarda mərhələ adladıq. Qazandığımız nəticəyə görə çox sevinirik. Növbəti oyunlara da məsuliyyətlə hazırlaşacağıq. Ümid edirəm ki, hər kəsi yeni qələbələrlə sevindirəcəyik”.

Qeyd edək ki, hər iki oyunda (35:31, 32:29) rəqibini üstələyən "Kür" adını III raunda yazdırıb.
“Kür” klubunun həndbolçuları Avropa Kubokunda qazandıqları tarixi nəticədən danışıblar

Son xəbərlər

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031