
Xəbərlər
6.10.2024, 23:53
BƏSTİ MÜTƏLLİMOVA : MƏNIM SEVGIM ÜÇÜN DARIXACAQSAN.! - FOTO
MƏNIM SEVGIM ÜÇÜN DARIXACAQSAN.!
Yandırıb döndərmə eşqimi külə
Bəyaz qar yağacaq qara tellərə
Axan göz yaşların dönəcək selə
Mənim sevgim üçün darıxacaqsan.
*****
Sahib çıxmasanda verdiyin sözə
Qırov sallanacaq kipriyə, gözə,
Günahın şahid tək duracaq üzə,
Mənim sevgim üçün darıxacaqsan.
*****
Yox desən yetəcək eşqinin sonu,
Qismətin olacaq Məcnunun donu,
Getsə bir daha tapmarsan onu
Mənim sevgim üçün darıxacaqsan.
*****
Olacaq baharda açmamış çiçək
Deyirdin sən mənə hamıdan göyçək
Bunu sən yaxşı bil, bir gün gələcək
Mənim sevgim üçün darıxacaqsan.
*****
Gündə bir gözəllə danışanda sən,
Kərəm tək oduna alışsanda sən,
Mənim yoxluğumla barışsanda sən,
Mənim sevgim üçün darıxacaqsan.
*****
Bir yerdə dayana bilməyəcəksən
Bir daha ürəkdən gülməyəcəksən
Ölmək istəsəndə ölməyəcəksən
Mənim sevgim üçün darıxacaqsan.
Mənim sevgim üçün darıxacaqsan.!
Bəyaz qar yağacaq qara tellərə
Axan göz yaşların dönəcək selə
Mənim sevgim üçün darıxacaqsan.
*****
Sahib çıxmasanda verdiyin sözə
Qırov sallanacaq kipriyə, gözə,
Günahın şahid tək duracaq üzə,
Mənim sevgim üçün darıxacaqsan.
*****
Yox desən yetəcək eşqinin sonu,
Qismətin olacaq Məcnunun donu,
Getsə bir daha tapmarsan onu
Mənim sevgim üçün darıxacaqsan.
*****
Olacaq baharda açmamış çiçək
Deyirdin sən mənə hamıdan göyçək
Bunu sən yaxşı bil, bir gün gələcək
Mənim sevgim üçün darıxacaqsan.
*****
Gündə bir gözəllə danışanda sən,
Kərəm tək oduna alışsanda sən,
Mənim yoxluğumla barışsanda sən,
Mənim sevgim üçün darıxacaqsan.
*****
Bir yerdə dayana bilməyəcəksən
Bir daha ürəkdən gülməyəcəksən
Ölmək istəsəndə ölməyəcəksən
Mənim sevgim üçün darıxacaqsan.
Mənim sevgim üçün darıxacaqsan.!
06.10.2024.
Stavropol.
Stavropol.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















