
Xəbərlər
9.01.2024, 23:57
AYLARI, ILLƏRI AL MƏNIM ÜÇÜN - FOTO
Analı günlərimin şeiri...
Mən də bir vaxtlar analıydım....(((
Mən də bir vaxtlar analıydım....(((
AYLARI, ILLƏRI AL MƏNIM ÜÇÜN
Anama və anamın şəxsində bütün analara ərməğan edirəm.
Böyütdün sən məni min bir əzabla
Düşdü ürəyinə xal mənim üçün.
Ömür vəfasızdır, zaman amansız
Həmişə beləcə qal mənim üçün.
Deyirəm,ay ana, əlinə qurban
Başında ağaran telinə qurban
Mənə layla deyən dilinə qurban
Laylanı təzədən çal mənim üçün.
Keçir xəyalımdan, ay ana, hərdən
Düşdü saçlarına vədəsiz ağ dən
Qüdrətin çatırsa, ötən ömürdən
Ayları, illəri al mənim üçün.
Qəmginəm, nə qədər gəlir nəfəsim
Səsin eşidəndə titrəyir səsim
Səndən əziz olan yox bircə kəsim
Gülüşün olubdur bal mənim üçün.
Düşdü ürəyinə xal mənim üçün.
Ömür vəfasızdır, zaman amansız
Həmişə beləcə qal mənim üçün.
Deyirəm,ay ana, əlinə qurban
Başında ağaran telinə qurban
Mənə layla deyən dilinə qurban
Laylanı təzədən çal mənim üçün.
Keçir xəyalımdan, ay ana, hərdən
Düşdü saçlarına vədəsiz ağ dən
Qüdrətin çatırsa, ötən ömürdən
Ayları, illəri al mənim üçün.
Qəmginəm, nə qədər gəlir nəfəsim
Səsin eşidəndə titrəyir səsim
Səndən əziz olan yox bircə kəsim
Gülüşün olubdur bal mənim üçün.
ƏLİSA QƏMGİN
08.01.2017
08.01.2017
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












