XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb -FOTO
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib. Bağlanış mərasimində çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Beynəlxalq Multikulturalizm məktəbləri mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələri də əhatə edir. O vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə azərbaycanlı tələbələr təqdimatla çıxış ediblər. Təqdimatda Azərbaycanın tarixi, coğrafiyası, milli adət ənənələri, mətbəxi, mədəni abidələri, işğaldan azad olunmuş Qarabağ haqqında məlumat verilib.

Sonda məktəb iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 30-a yaxın tələbə iştirak edib. İştitakçılar məktəb çərçivəsində Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Məktəb Bakı şəhəri ilə yanaşı, Şuşa, Laçın və Ağdam rayonlarında da fəaliyyət göstərib. İştirakçıların Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyaları təşkil olunub.

XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. İştirakçılar “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri”, “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyin Azərbaycan nümunəsi”, “Qafqaz Albaniyası irsi siyasi diskursda”, “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzularında məruzələr dinləyiblər.

Məruzələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kunina, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Günel Yusifi, Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xitmətinin böyük məsləhətçisi Ləman Əliyeva təqdim ediblər.

Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunub. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat veriblər.

Həmçinin iştirakçıların BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə görüşü olub.
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb -FOTO
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb -FOTO
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb -FOTO
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb -FOTO

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930