Qənirə Paşayeva özü və ailə üzvləri barədə yazılanlardan danışdı
“Mediaya müsahibəmdə Tovuzla bağlı sualları cavablandırarkən rayonda özümün və ailəmin heç bir biznesinin olmadığını və mənim deputatlıq fəaliyyəti dövründə torpaq sahələri almadığımızı demişəm. Təəssüflə qeyd edim ki, bəzi KİV-lər və bəzi sosial şəbəkə istifadəçiləri geniş müsahibənin məhz həmin hissəsini paylaşıblar və orada bir sıra şərhlərdə ədalətsiz fikirlər səsləndirilib. Şərhlərdə mənim və ailə üzvlərimin ölkənin digər rayonlarında hansısa biznesimin olması haqda iddialar irəli sürülüb. Lakin tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanın heç bir rayonunda mənim və ailə üzvlərimin biznesi yoxdur”.
Bunu 105 saylı Tovuz seçki dairəsindən millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, müsahibəsinin yayılan hissəsinə bəzi səhifələrdə doğru məlumatları özündə əks etdirməyən yorumlar gəlib:

“Guya mənim başqa rayonlarda biznesim var, Şəmkirdə hansısa restoranın şərikiyəm, Salyanda, Şamaxıda, Cəlilabadda və bir sıra rayonlarda biznesim var.

Qoy bu iddianı irəli sürənlər, belə bir söz eşidənlər ki, filan yerdə biznesim var, gedib desinlər ki, Qənirə xanım bu obyekti, bu biznesi mənə bağışlayıb. O zaman görəcəklər ki, həmin biznesin real sahibləri ortaya çıxacaq.

Çox güman ki, kimlərsə, hardasa mənim adımdan istifadə edirlər. Bizim ailəmiz 5 nəfərdir: anam, 2 qardaşım, bacım və mən. Hansımızın adına Azərbaycanda hardasa biznes olduğunu deyən adama o biznesi hədiyyə edirəm. Mən bunu tam məsuliyyətimlə deyirəm. Ölkədə heç bir biznesin arxasında Qənirə Paşayeva durmur.

Mən həyatımın heç bir dövründə biznes sahəsilə məşğul olmamışam, fərqli sahələrdə çalışmışam və çalışdığım sahələrdə uğurlar qazanmağa və gücümün çatdığı qədər insanlarımız üçün faydalı işlər görməyə can atmışam. İndi də bəlkə kimlərinsə yaydığı yanlış məlumatları oxuyan vətəndaşlarımıza səslənirəm: kim desə ki, filan rayonda Qənirə Paşayevanın biznesi var, gedib o bisnesin Qənirə xanım tərəfindən ona bağışlandığını desinlər. O zaman əslində bütün gerçəklər ortaya çıxacaq. Belə məlumatları kim yayırsa, yalan yayır. Bəzi şərhlərdə elə yerlərin, elə rayonların adı çəkilir ki, özüm də heyrət edirəm. Bu haqsızlıqdır və bu cür məlumatı yayanlara insanlarımızı etibar etməməyə çağırıram”. (yenisabah)

Son xəbərlər

Meksika mundiala qələbə ilə başladı

İrəvanda ildırım körpünü uçurdu

Makrona gələ bilməyəcəyini dedi

Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpıldı - FOTOLAR

Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

HÜQUQUN,ƏDALƏTİN və AZAD DÜŞÜNCƏNİN BÖHRAN YAŞADIĞI CƏMİYYƏTİN POETİK OBRAZI...

SEVİNC YUNUSLU : Sənə sinəmin altda qürub saxlamışdım axı.. - FOTO

Ürəyinizin tezliklə dayanacağını necə bilmək olar - dərhal nə etməklazımdır?

Aralıq dənizində zəlzələ baş verdi

FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

"Ömer"in aktrisası yeni serialda - FOTO

"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

DÇ-2026-nın açılış mərasimi baş tutdu

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930