ABŞ-nin məxfi Ermənistan planı: təhlükəsizlik strukturları pulla ələ alınır - ŞƏRH


Amerika Birləşmiş Ştatları - Ermənistan hərtərəfli əməkdaşlığının bəlli olan təfərrüatları Vaşinqtonun İrəvan siyasətinin əsl mahiyyətini ortaya qoyur. Ağ evin mütəmadi olaraq elan etdiyi hərtərəfli əməkdaşlıqda təhlükəli ssenarilər hazırlandığı üzə çıxır. İş o yerə çatıb ki, ssenari və planlarla bağlı erməni tərəfi açıq şəkildə fikirlər səsləndirməyə başlayıb.ABŞ-nin Ermənistan hüquq-mühafizə orqanlarının yüksək rütbəlilərini pulla aldığı vurğulanır.

Səslənən ittihamlar ciddidir və onları da sıravi, yaxud ekspertlərdən biri səsləndirməyib. Bu ittihamlar onu deməyə əsas verir ki, ABŞ artıq Ermənistanı ələ almaq yolunda heç nədən çəkinmir. Bura məmurların pulla ələ alınmasından tutmuş, bütün məsələlər daxildir.

Məsələn, Ermənistan istintaq Komitəsinin baş nəzarət komitəsinin keçmiş rəisi, ədliyyə general-mayoru Tatul Petrosyan bəyan edib ki, Birləşmiş Ştatlar Ermənistanın hüquq-mühafizə sahəsini öz əlinə alır. Bu hədəfə çatmaq üçün isə istintaq və güc strukturlarını pulla ələ almağa start verib. Generalın sözlərinə görə, Vaşinqton operativ və kəşfiyyat materiallarını əldə etməyi də hədəfə alıb.

Məsələ ondadır ki, son zamanlar Amerikanın yüksək rütbəli hüquq-mühafizə orqanlarının nümayəndələrinin Ermənistana səfərləri mütəmadi hal alıb. Belə ki, avqustun 27-də Ermənistan İstintaq Komitəsinin rəis müavini Arsen Ayvazyan Federal Təhqiqat Bürosunun (FTB) nümayəndə heyətini qəbul edərək ona Ermənistanın istintaq sisteminin struktur və funksional xüsusiyyətlərini və İstintaq Komitəsində aparılan islahatların gedişini təqdim edib. Ertəsi gün ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn Daxili İşlər Nazirliyinin rəis müavinləri ilə birlikdə ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən su patrulları üçün keçirilən təkmilləşdirmə kurslarını müşahidə etməkdən ötrü Sevana (Göyçə) səfər edib.

Bundan əvvəl iyul ayında İrəvanda ABŞ dövlət katibinin müavini Üzra Zeya bəyan etmişdi ki, Vaşinqton Ermənistan patrul polisinin yaradılmasına təxminən 16 milyon dollar sərmayə qoyub.
ABŞ-nin məxfi Ermənistan planı: təhlükəsizlik strukturları pulla ələ alınır - ŞƏRH

“Bir vaxtlar Rusiya, Avropa ölkələri və ABŞ-nin hüquq-mühafizə orqanları ilə təcrübə mübadiləsi prinsipi əsasında görüşlərimiz, qarşılıqlı və işgüzar səfərlər olub, o cümlədən indi ABŞ-yə tabeçilik, “mentorluq” görürük, bu, əvvəllər mövcud deyildi. Biz heç vaxt tərəfdaşlarımızın bizə tələbə kimi yanaşmasına icazə vermədik”, - deyən T.Petrosyan keçmişdə xaricdən maliyyələşdirilən layihələrin mövcudluğunu və onların layiqli münasibətlər sayəsində səmərəli olduğunu bildirib.

O vurğulayıb ki, ümumiyyətlə, müstəqillik illərində Ermənistanın Milli Təhlükəsizlik Xidməti, polis və məhkəmə sistemində islahatlara daha böyük vəsaitlər daxil olub. Amma ədliyyə general-mayoru bu gün baş verən prosesləri bu sistemlərin “alqı-satqısı” prosesi kimi xarakterizə edir: "Mən əminəm ki, bütün məlumatlar, bütün kəşfiyyat şəbəkəsi, hətta daxili polis kəşfiyyat şəbəkəsi ABŞ-yə veriləcək".
ABŞ-nin məxfi Ermənistan planı: təhlükəsizlik strukturları pulla ələ alınır - ŞƏRH

Ədliyyə general-mayorunun sözlərinə görə, bütün bunlar dövlət səviyyəsində baş verir. Bu cür “uyğunluğun” müqabilində ABŞ Ermənistan hakimiyyətinin atdığı bütün addımları, hətta amerikalıların elan etdiyi demokratiya və insan haqları normalarına zidd olsa belə, rəsmən həvəsləndirir və dəstəkləyir. Nümunə olaraq da bu il iyunun 12-də polisin etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməsi hadisəsini və ABŞ səfirliyinin hakimiyyətə loyal münasibətini xatırladıb.

Yeri gəlmişkən, Qərb ekspertlərinin diqqətinə təkcə Ermənistanın hüquq-mühafizə orqanları deyil, hərbi idarəsi də düşüb. ABŞ dövlət katibinin yuxarıda adı keçən müavini Üzra Zeya səfəri zamanı bildirib ki, ABŞ nümayəndəsi daimi əsaslarla Ermənistan Müdafiə Nazirliyində yerləşdiriləcək. Sonradan məlum oldu ki, söhbət Dövlət Departamentinin nümayəndəsindən gedir. Sentyabrın 3-də isə Ermənistan tərəfi Britaniya Hərbi Akademiyasının mütəxəssisinin gələcək erməni zabitlər üçün liderlik kursları keçdiyini bildirib.
ABŞ-nin məxfi Ermənistan planı: təhlükəsizlik strukturları pulla ələ alınır - ŞƏRH

Açıqlanan faktlar onu deməyə əsas verir ki, ABŞ və onun Qərb tərəfdaşlarının əsas məqsədi Ermənistanda Rusiyanın təsir imkanlarını sıfıra endirmək, onun hər hərəkətinə nəzarət etməkdir. Bu məsələdə ABŞ və Fransanın aktiv fəaliyyəti müşahidə olunur. ABŞ Ermənistana nəzarəti gücləndirməyi, Moskvaya gözdağı verməyi, eyni zamanda regionun ən zəif bəndi olan bu ölkədən istifadə etməklə hədəflərinə çatmağı planlayır.

İlk baxışdan bu səfərlər rəsmi Vaşinqtonun İrəvana dəstəyi kimi görünsə də, əslində, Ağ ev Nikol Paşinyan hökumətindən istifadə etməklə Cənubi Qafqazla bağlı planını reallaşdırmağa çalışır. Bu səbəbdən də Rusiya və ABŞ-nin Ermənistan uğrunda mübarizəsinin daha da kəskinləşəcəyi gözlənilir. Nəzərə alsaq ki, ermənilər də pula həris və satılmağa meyillidirlər, o zaman "casus müharibəsi"nin daha da genişlənəcəyi gözlənilir.(Report)

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930