
Xəbərlər
30.08.2024, 01:08
"Təsəlli..." Müəllif: GÜNEL TÜRKSOY
"Təsəlli..."
Yarıb ürəyimi tən ortasında
Təsəlli adında bir gül əkmişəm.
Qisməti,dözümü düzüb yan-yana
Sağına-soluna çəpər çəkmisəm.
Tikanı qəlbimi didib deşsə də,
Yarasın səbrimlə sıxıb bağladım.
Sancıdan nəfəsim kəsilən zaman
Təsəlli gülümün ətrin qoxladım.
Gündüzlər yığılan fikirlərimi,
Dağıtdı ən şirin xəyallarımla.
Qəlbimdə əkdiyim təsəllı gülüm
Böyüyüb boy atdı suallarımla.
Keçdiyim sınaqlar hamısı bir-bir,
Nəfsimi dağıdıb yox etdi mənim.
Heçnə istəmirəm həyatdan heç nə,
TƏSƏLLİM GÖZÜMÜ TOX ETDİ MƏNİM!!!
Təsəlli adında bir gül əkmişəm.
Qisməti,dözümü düzüb yan-yana
Sağına-soluna çəpər çəkmisəm.
Tikanı qəlbimi didib deşsə də,
Yarasın səbrimlə sıxıb bağladım.
Sancıdan nəfəsim kəsilən zaman
Təsəlli gülümün ətrin qoxladım.
Gündüzlər yığılan fikirlərimi,
Dağıtdı ən şirin xəyallarımla.
Qəlbimdə əkdiyim təsəllı gülüm
Böyüyüb boy atdı suallarımla.
Keçdiyim sınaqlar hamısı bir-bir,
Nəfsimi dağıdıb yox etdi mənim.
Heçnə istəmirəm həyatdan heç nə,
TƏSƏLLİM GÖZÜMÜ TOX ETDİ MƏNİM!!!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













