Xəbərlər
21.11.2023, 20:29
"Mən" Müəllif : GÜNEL TÜRKSOY - FOTO
"Mən"
Hər gecə arzuların xəyalına gətirən,
Gözlərinin sancısın ürəyinə ötürən,
Yıxılmaqdan,qalxmaqdan yaddaşını itirən,
Cüt ayağı üstündə başsız qalanlardanam...
Yazılıb bəlkələr də,kaş da mənim ömrümə
Axır elə sel kimi yaş da mənim ömrümə,
Lazım olanda gəlmir qış da mənim ömrümə,
Mən yanıb, yaxılanda qışsız qalanıardanam...
Əldən ayaqdan düşüb,getdiyi yolun üstdə,
Ayağına dolaşan tikanın,kolun üstdə,
Başın qoyub sağ qolun,ya da sol qolun üstə,
Ölüb üstü torpaqsız ,daşsız qalanlardanam.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay