Xəbərlər
24.08.2024, 01:44
Almaniyada festivalda bıçaqlı hücum olub, ölənlər var
Almaniyanın Solingen şəhərində keçirilən festivalda bir nəfərin insanlara bıçaqla hücum etdiyi bildirilir.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, festivalda baş verən hücumla bağlı təfərrüatlar Almaniya mətbuatında paylaşılıb.
Hücum zamanı ən azı 3 nəfərin həlak olduğu, çoxlu sayda insanın yaralandığı bildirilir.
Almaniyanın “Bild” qəzetində hücum çəkən şəxsin hadisə yerindən qaçdığı bildirilir.
Şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı Almaniya rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay