Xəbərlər
24.08.2024, 00:56
Ukraynada təyyarənin leyləklə toqquşması pilotun ölümünə səbəb oldu
Ukraynanın Xmelnitski vilayətində pilot bədbəxt hadisə nəticəsində ölüb.
Turaztv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Strana.ua” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təlim uçuşu zamanı leylək L-39 təyyarəsini vuraraq pilotlardan birinin görmə sahəsini bağlayıb. Pilot paraşütü açmaq istəsə də, aşağı hündürlükdə olduğundan tam açılmağa vaxt tapmayıb və o, yerə yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mənbənin sözlərinə görə, kabinədə qalan ikinci pilot təyyarəni endirməyi bacarıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay