“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Zəfər üçün oxu!” layihəsinin təqdimat mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qeyd edib ki, klipin çəkilişi işğaldan azad olunan ərazilərdə olub. “Layihənin məqsədi vətən sevgisini, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, həmçinin Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirməkdir. Layihə çərçivəsində sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsus yeni yazılan “Azərbaycan” mahnısını İkinci Qarabağ müharibəsi iştirakçıları olan qazilər Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlı ifa edib. Klip çəkilişi zamanı ifaçıların geyimləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova tərəfindən təqdim olunub. Klipin rejissoru Elnur Cəbrayılov, operatoru Orxan Qurbanovdur. Çəkiliş zamanı doğma torpaqlarda olan abadlaşmanı görəndə sevinc və qürur hiss keçirdik”, - deyə o sözlərinə əlavə edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın sözlərinə görə, layihədə vətənpərvərlik ideyaları bir araya gəlib. O, diqqətə çatdırıb ki, Şanlı Zəfərimizdən sonra sosial həyatın bütün sahələrində köklü dəyişikliklər baş verir.

“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, o cümlədən “Vətən mübaribəsi istirakçısı” medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov da öz təəssüratlarını bölüşüb.

Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, mədəniyyət naziri müavinləri Səadət Yusifova, Fərid Cəfərov, mədəniyyət nümayəndələri, qeyri-hökümət təşkilatlatlarının, rəhbərləri, hərbi qulluqçular və qazilər iştirak ediblər.
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimatı olub

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930