FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR
FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI
Kardioloji müalicə sanatoriyasına gələn bir də gəlmək istəyir...

Bu dəniz təbiətin əsl möcüzəsidir. Onun sahilləri gözəl istirahət mərkəzləri, yaraşıqlı obyektlərlə əhatələnib. Bu gözəllər gözəli Xəzər dənizidir. Bu gözəllik də məhz Odlar yurdu Azərbaycanımızın baş şəhəri, paytaxt Bakımızın qismətinə düşüb. Paytaxtımızın əsl möcüzələrindən biri də gəzməli, görməli, hətta dönə-dönə gedib baxsaq belə, özünün füsunkarlığı ilə qəlbimizi ovsunlayan Bilgəhdir. Doğma Bakımızın qoynunda bir-birindən müasir, əsl rəqabətə malik sanatoriyalar yerləşir. Onlardan biri də Bilgəh kardioloji müalicə-istirahət sanatoriyasıdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bilgəh” kardioloji sanatoriyası paytaxtımızdan cəmi 40 km aralıda yerləşir. Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri kimi şöhrət tapmlş Bilgəh qəsəbəsində xoş, mənalı istirahətdən həzz almağa və ürək-damar sistemi xəstəliklərinin müalicəsinin aparılmasına müsbət təsir göstərir.
Sanatoriyanın yerləşdiyi təbii amilləri, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Bilgəh” kardioloji sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur, başqa tibbi müalicələrdən tam istifadə edir.
Biz də bir neçə il əvvəl burada olmuş, tibbi heyətin köməkliyi ilə lazımi müalicə almışıq.

FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR

Bu dəfəki gedişimiz müalicə məqsədli deyildi. Dostumuz sanatoriyanın baş həkimi Muxtar Əhmədova baş çəkmək, burada həyata keçirilmiş abadlıq, təmir işlərini öz gözlərimizlə görmək idi. “Turaz tv” saytının rəhbəri, “Ədalət və həqiqət” qəzetinin baş redaktoru Cəmil Zəbhullaoğlu da, mən də son dəfəki gedişimizdən sonrakı yenilikləri gördük, sanatoriyanın bulvar kimi xatirimizdə qalmış həyətini gəzdik, yaz-yay mövsümü ilə bağlı burada görülən abadlıq tədbirlərinə şahidlik etdik. Bu işlərin müəllifi Əməkdar həkim Muxtar Əhmədovdur.
Onunla səmimi söhbətimiz zamanı da bunu sezdik, elə həvəslə, maraqla danışırdı ki, adam onun bu sözlərinə heyran qalırdı. Bilgəh kardioloji müalicə sanatoriyası daim pasiyentlərlə dolu olur. Yayın cırhacırında da adam əlindən tərpənmiək olmurdu. Bu da ondan irəli gəlirdi ki, Bilgəh kardioloji sanatoriyasında tibbi xidmət, tibbi heyətin pasiyentlərə xoş münasibəti normaldır, qidalanma məsələləri müsbət həll edilib. Buraya axın həmişə olduğu kimi, indi də mövcuddur.

FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR

Burada bizim bir yaxın dostumuz var, o da qeydiyyatçı Kəmalə Həsənovadır. Onun xoş münasibəti, səmimiyyəti, nümunəvi xidməti burada çalışan hər kəsə əsl nümunədir, müalicə alan hər bir insanın qəlbinə yol açıb. Biz burada vaxtilə dincələndə də, burada olduğumuz bir neçə saat ərzində də onun həlim rəftarının, insanlarla asan dil tapmasının, yaranmış hansısa problemin tez bir vaxtda həll olunmasının şahidi olduq. Onun böyük ürəyi var, vicdanlı işçidir. Həmişə nə vaxt getsən, onu iş başında görərsən. Bir sözlə, Kəmalə xanım Həsənova öz işinin öhdəsindən bacarıqla gəlir.
FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR

Eşitmişdik ki, burada bir dostumuz da müalicə alır. Şəhid ailəsi Həcər İsmayılovanı da ziyarət etməyi unutmadıq. O da çox mərd, ürəyi açıq, işgüzar xanımdır. Məhz bu xüsusiyyətlərinə görə onu görmədən buradan getməyi özümüzə əsla bağışlamazdıq. Gözlədik ki, müayinələrdən və günorta naharından gəlsin, onunla görüşüb söhbət edək. Bəli, gəldi və bizim də gəlişimizi sürpriz, gözlənilməz səfər kimi qəbul etdi. Həcər xanımla hal-əhvaldan sonra sanatoriyanın “mini-bulvarı”nda oturub söhbət etdik, onun evdən gətirdiyi və bizi qonaq etdiyi şaftalı mürəbbəsi ilə çay içdik. Xatirə şəkli çəkdirdik. Dənizin qoynunda, Bilgəhin sahilində maraqlı bir günümüz də belə ötüşdü.
FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR
FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR

FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR
FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR

Və sonda sanatoriyadan ayrılarkən qərarlaşdırdıq ki, baş həkimlə də xatirə şəkli çəkdirək. Həqiqətən belə görüşlər, şirin və səmimi söhbətlər bizdə xoş ovqat yaradır, buraya yenidən gəlişimizə müəyyən stimullar verir. Bura gələn bir də gəlmək, dincəlmək istəyir...

Daşdəmir ƏJDƏROĞLU
FÜSUNKAR VƏ CAZİBƏDAR BİLGƏH SANATORİYASI - FOTOLAR

Son xəbərlər

Şöbə rəhbəri UEFA-dan təyinat aldı

Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)

“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Bu dəfə Mayamidə görüşəcəklər

Araz Ağalarovun gənc xanımı özünə butik açdı

Mayisə Əsədulla qızı : KƏNDDƏ AY İŞIĞINDA - FOTO

İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Sahibə Qafarova Tanzaniyada koordinasiya iclasına sədrlik etdi - FOTOLAR

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031