Xəbərlər
21.08.2024, 00:09
Ermənistan klubunun avrokubok matçında stadionun işıqları söndü
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya) görüşündə elektirik enerjisində yaranan problemə görə fasilə yaranıb.
Turaztv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Abovyan şəhər stadionunda baş tutan matçın 68-ci dəqiqəsində işıqlar sönüb və hər tərəf qaranlığa bürünüb.
Təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma qaldığı yerdən bərpa olunub.
Görüşün yekununda “Rujomberok” 0:3 hesablı məğlubiyyətə üzülüb. Bu komandaların cavab görüşü bir həftə sonra Slovakiyada baş tutacaq.
Konfrans Liqasında pley-offun qalan görüşləri avqustun 21-də və 22-də keçiriləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay