Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
Koronavirusun coğrafiyası genişlənir, hələ ki, hətta güclü tibbə malik olan ölkələr belə onu dayandıra bilmir. Cənubi Koreya infeksiya daşıyıcılarının, İran isə virusun can aldığı insanların sayına görə Çindən sonrakı ikinci yeri bölüşür. İranda baş verənlər bütün qonşular üçün təhlükələr yaradır.

Bizimyol.info xəbər verir ki, həkim İdrak Məmmədovun sözlərinə görə, Azərbaycanda koronavirusa (covid-19) yoluxmuş xəstənin olmaması xəbəri inandırıcı deyil.

"Ölkəmizdə rəsmi məlumatlara görə koronavirusa (covid-19) yoluxmuş xəstə yoxdur. Bu, sevindiricidir. Amma bu məlumat mənim üçün düşündürücü və şübhəlidir. Niyə şübhəlidir?

Birincisi, Dünyada Çindən sonra bu virusun sürətlə yayıldığı ikinci ölkə və Çindən sonra ikinci ən çox ölümə səbəb olan ölkə İrandır.

İkincisi, İrana qonşu olan İraq və digər ölkələrdə covid-19 virusu aşkarlanan xəstələrin bu virusa İranda yoluxduğu təsdiqlənib. Yəni faktiki olaraq digər ölkələrdə İrandan virus yoluxması mövcuddur. İranla digər ölkələr sərhədləri bağlayıb və təyyarə reyslərini durdurublar.

Üçüncüsü, Azərbaycanla İran arasında isə müəyyən məhdudiyyət qoyulsa da sərhədlər rəsmi olaraq açıqdır, təyyarə səfərləri əvvəlki kimi davam edir. Yəni İranla ölkəmiz arasında gediş gəliş davam edir. Bu, bizə də xəstəlik yayılması nəzərindən çox böyük risk təşkil edir”,-deyə həkim İ.Məmmədov bildirib.
Həkim hesab edir ki, Azərbaycanda covid-19 virusunun diaqnozu ya qoyula bilmir ya da ticarət dövriyyəsinin davam etməsi üçün bu, xalqdan gizlədilir: " Ya da möcüvə olaraq bizdə doğrudan da yoluxma yoxdur, yəni Allah bizə rəhm edir.

Diaqnozun qoyulmasının özü də çətin prosesdir. Yəni, xəstənin üzünə baxaraq səndə koronavurus yoxdur deyə bilməzsən. Diaqnoz qoyulması üçün xüsusi analizlər aparılmalı və o virusun genetikası müəyyənləşdirilməlidir. Bunun üçün də xüsusi reaktivlər ( kit) alınmalıdır xaricdən. Bunu təmin edən və istehsal edən bir neçə ölkə var. Qiyməti də bahadır. Və Azərbaycan kimi kiçik bir ölkədə bu virusu təyin edən yəqin ki tək mərkəz olacaq. Xəstələrdən alınan nümunələr o mərkəzə göndərilib orada yoxlanmalıdır. Yəni diaqnozun özü belə uzun məsələdir. Mən Səhiyyə Nazirliyin saytında diaqnozla bağlı heç bir məlumata rast gəlmədim. Səhiyyə Nazirliyi daha çox profilaktika ilə bağlı məlumat yayıb. Faydalı məlumatlardır. Amma profilaktikanın yetərli olmadığını düşünürəm. Məncə İranla sərhəd açıq ikən profilaktikadan danışıla bilməz”.

Bəs, sərhəd bağlansa və uçuşlar durdurulsa, nə olar?

Birincisi, iki ölkə arasında ticarət dövriyyəsi azalar.

İkincisi, bunun ölkə iqtisadiyyatına zərəri olsa da ən çox iş sahiblərinə və günlük qazancını İrandan təmin edən vətəndaşlara zərər olacaq.
Mövzu ilə bağlı iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir: "İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir. Adətən İrandan Azərbaycana daha çox turist 21 gündən sonra qədəm qoyan Novruz bayramı ərəfəsində müşahidə olunur. Odur ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir. Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir. Amma, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə gündən-günə artan riskləri azaltmaq olar.

Təklif edirəm ki, İran-Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın. İranla sərhəd keçid məntəqələri gediş-gəliş və transit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamardan keçirilsin.

Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırsın, xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzləri lazımı resusrlarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilsin, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibbi müəssisələrində aparılsın.

Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınsın.
Bu həftə ərzində uşaq baxçalarında, məktəblərdə, kolleclərdə, texnikumlarda və universitetlərdə təlimatlandırma və maarifləndirmə işləri aparılsın, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublika tabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər qayandırılsın.
Əhali arasında kütləvi informasiya vasitələri, xüsusilə də televizorlar vasitəsilə maariflənidmə işi həyata keçirilsin, əhali posterlər, video-roliklər vasitəsilə virusdan mühafizə vasitələri barədə məlumatlandırılsın.

Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, həmin ölkələrdən idxal olunan ərzaq mallarının satışına məhdudiyyətlər qoyulsun.

Dərman və tibbi ləvazimatların idxal və ixracına nəzarət gücləndirilsin. Ən zəruri dərman peraparatlarının, tibbi ləvazimatların və sarğı materiallarının ünvanlı şəkildə dövlət büdcəsi hesabına çatdırılması təmin edilsin.

Naxçıvanın blokadaya düşməsini əsas götürərək Bakı-Naxçıvan istiqamətində uçuşların intensivliyi artırılsın və gediş-gəliş biletinin qiyməti aşağı salınsın.
Əhali ictimai nəqliyyatdan (metro və avtobus) istifadəni maksimum surtətdə azaltmağa çalışsın.

Təkliflər arasında baxçalar, məktəblər, kolleclər, texnikumlar və universitetlərdə təhsilin Novruz bayramına qədər qayandırılmasının ən çox müzakirəyə səbəb olacağını nəzərə alaraq, firkrimi aşağıdakılarla arqumentləşdirmək istərdim.

Hazırda valideynlər uşaqlarını şəhərlərdə baxça və məkltəblərə göndərməkdə tərədüd edirlər, onların bir çoxları artıq uşaqlarını baxça və məktəblərə buraxmır.

Mart ayı qeyri-iş günlərinin sayı ən çox olan aydır. Bu ay ərzində şənbə-bazar günləri ilə birlikdə qeyri-iş günlərinin sayı 15 gündür. Bu o deməkdir ki, onsuz da ay ərzində 15 gün dərs olmayacaq, yerdə qalan 16 günün dərslərini isə təklif edirəm ki, yaz semestrinin sonuna əlavə edilsin.
Milli səhiyyə bərbad haldadır, uzun müddətdir ki, uşaqlar peyvənd olunmur, əgər bu virus Azərbaycana gələrsə, o daha sürətlə yayıla və çox can ala bilər”.

Son xəbərlər

Nazir özünə yeni müşavir təyin etdi - Foto

Finlandiyalı bloqer estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Azərbaycan BMT-nin mühüm konvensiyasına qoşuldu - Foto

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Solmaz Şirin : CAVANLIQ - FOTO

XƏLİL MİRZƏ : Bu səfar dərdinəm - FOTO

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum olub

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

“Xalxın uşaqları”ndan tövsiyələr - Fotolar

“Bunun üçün ABŞ-dən “yaşıl işıq” gözləyirik”

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930