Xocalı Faciəsinin qurbanı Dürdanə Ağayevanın xatirəsinə - FOTO

Neçə gündür ürəyimdə kiçik bir daş düyünlənib. Sənin ölümün bəlkə də bir qadın ahının ölümsüzlüyüdür. Qadın müqəddəsdır. Allaha tapınan insan bir qadının ahını alıbsa onun Allah yolunda nə zəvvarlığı nə itaəti gözdə olar.
Insan öldükdən sonra min insan olur çünki onu xatırlamağa başlayırlar. Səni xatırlamaq isə bizim köksümüzdə damğa olmuş yaranı diriltmək kimidir. Xocalı faciəsi Azərbaycanın qapanmaz, hər dəfə toxunduqca qaysaqı qopan yarasıdır.

Bir şair var idi o zamanlar -Bəşor Kəsərli. Başına ləçək baqlamışdı. Ona dəli deyirdilər, şeirlərini zəif hesab edirdilər, yalnız onun Vətən sevgisindən atdığı bu addım özü böyüklük idi. Onu heç unutmuram, metrolarda dolaşıb, torpaqlar alınmayınca qeyrətsizəm dediyi anlar da yaddaşımdan silinməyib. Şükürlər olsun ki, bu damğa üzərimizdən götürüldü. Deyirdi ki, torpaqlar alınmayınca bu ləcəyi başımdan açmaram. Bax onda Azərbaycan qaranlığa qərq olmuşdu.
Xocalı Faciəsinin qurbanı Dürdanə Ağayevanın xatirəsinə - FOTO

Yaxşı ki, şanlı günlərimizi görüb sonra haqq dünyana qovuşdun bacım. Dürdanə Ağayevanın dözülməz faciəsi:
Onun bir zülmün ağuşundan ayaqüstə durub hətta bu faciəni olduğu kimi ictimayiətə çatdrmaq öz timsalında şərəfi yerlə gəzən neçə qadının qırılmış taleyini, məhv olmuş gözəl arzularını dünyaya çatdırmaq idi . O kitabı oxuyan, o faciəni damarlarında axan qanı hiss edən Azərbaycan oğulları qısmən də olsa ürəyinə ümid çilədi onun.
Qismən deyirəm, çünki qadınlara işkəncə etmək özü ruhu fahişə olan Erməni vanldalizminin əsas silahı idi. Qadını ləkələmək ən son həddir, zülmün ən son həddidir. Mənəvi, fiziki zərbələr alan ruhu pak gözəl mələk qadın, ana Dürdanə Ağayeva bütün dünyaya səs salan erməni əsirliyində 8 gün kitabini yazdı.
Faciəmizi səsimizi bütün dünyaya çatdırdı. Onun cəsarətinin ardında özü kimi mələk insan həyat yoldaşı dayanmışdı. Ona sahiblənən, ona dost, dayağ, ata, ana, hər itirdiyi arzusu, diləyi olan həyat yoldaşı. O həyat yoldaşı ki, ona Allahın çəkdiyi işkəncə əzablara görə hədiyyəsi idi.
Əlbəttə, Dürdanə anaya edilən fiziki işkəncələr, onun səhhətində çox ciddi problemlər yaratmışdı və bunun nəticəsidir ki, o xərcəng xəstəliyindən dünyasını dəyişdi.
Onun bu dünyada ciyarparəsi Ləmanı qaldı. Necə saf gözəl məhəbbətlə böyüyən nur topası övladı. Həyatda hər şey itir gedir; doğmalarımız, xoşbəxtlik dolu günlər. Biz yaşa doluruq. Amma Vətənin sinəsinə çəkilən daşlar və yaralar yerində qalir. Bütöv Qarabağ bir yana, Xocalı faciəsi bir yana. Bu yaxınlarda Laçından tədbirdən dönərkən, maşın Xocalıdan keçdi. Mən o yerlərə baxdıqca gözümün önünə bir birinə sığınan, soyuqdan ayaqları, əlləri donmuş, məhv olmuş kimsəsiz insanlar göründü, onların vəhşət dolu səsləri eşidildi.
Bu faciənin söz ilə ifadəsi yoxdur.
Azad və bürtöv Azərbaycan olaraq Şuşaya qədəm qoymaq, Laçında dolaşmaq bir yuxu kimi gələn xoşbəxtliyə qədəm qoymaq cox güman ki, Onun da ürəyini rahatlatdı, mübarizəsinin bəhrəsini görmüş oldu, ürəyi nisgilli bu dünyadan getmədi. Haqqa və cənnətinə qovuşdu. Onu qoruyub, ölümün çəngindən sağ çıxaran, ona yazmaq, ayağa durmaq gücü əta edən Allahına qovuşdu Dürdanə Ağayeva. Bu məğrur, dür kimi saf gözəl gözlü qadın. Qadınlıq timsalı soydaşıma Allahdan rəhmət diləyirəm.
Doğmalar üçün böyük bir yara, bacı, ana itirən pərişan gəzən doğmalar o adı kimi Azərbaycan bütövlüyü uğrunda mübarizə aparan igid qəhrəman qadınlarımızdan biridir. Bu qürur sizin kədərinizin önünə keçib, zamanla sizi sakit və aram həyatınıza döndərəcək hər zaman xatirəsi yad olunanda. Xocalı faciəsi dilə gələcək. 8 günlük əsirlikdə qalıb hər gün arzuları parçalanan, ruhu heç qocalmayan içində dünyası darmadağın edilən Dürdanə cismən indi rahatlıq tapdı.
Biz onun qəlbinin səsini bilmədik. Biz onun üsyan dolu sözlərini və bitməz çiləsinin sadəcə sözlə ifadəsinin bir qismini gördük . Bu ağrının böyüklüyünü olduğu kimi heç kim bilmədi, heç kim dərk etmədi, Allahdan savayı. Qovuşdun Allahla, gözəl bacım... Nurlar içində yat.
Xocalı Faciəsinin qurbanı Dürdanə Ağayevanın xatirəsinə - FOTO
Aysel Fikrət

Son xəbərlər

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Bu dəfə Mayamidə görüşəcəklər

Araz Ağalarovun gənc xanımı özünə butik açdı

Mayisə Əsədulla qızı : KƏNDDƏ AY İŞIĞINDA - FOTO

İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Sahibə Qafarova Tanzaniyada koordinasiya iclasına sədrlik etdi - FOTOLAR

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031